Ekspert Azərpoçta qarşı ittihamla bağlı açıqlama verdi

28-09-2018 / 18:08

“DGK ciddi ittiham irəli sürüb : Şəxsi məqsədlər adı altında kommersiya məqsədi üçün ölkəyə mobil telefonların gətirilməsini Azərpoçt-un yerli şöbələri təşkil edir”. Yəni, poçtun hansısa əməkdaşı, sifariş edənin şəxsiyyətini aydınlaşdırmadan bağlamanı ona təhvil verir.  Bundan dərhal sonra Dövlət Gömrük Komitəsinin rəsmi saytında açıqlama verilir ki, bunlar şübhələrdir, əslində araşdırmalar gedir.  Təəccüblü məqamlardan biridir.  Dövlət Gömrük Komitəsinin təsdiqləmədikləri açıqlamasından belə çıxır ki, ölkədə telefon “mafiyasını” hansısa rayonda və ya kənddə 40 il boyu 150 manat maaş alan bir poçt işçisi idarə edirmiş"

Bu sozləri Xeberler.az-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  Dövlət Gömrük Komitəsinin Azərpoçta qarşı ittihamı ilə bağlı verdiyi açıqlamasında deyib. 

Ekspert eyni zamanda Dövlət Gömrük Komitəsinin Azərpoçtu ittiham etməsi ilə də bağlı öz fikirlərini bildirib:   

"Anlamıram ki logistika ilə məşğul olan şirkət və ya dövlət qurumu olan Azərpoçt nə zamandan təhqiqatla da məşğul olmaq səlahiyyəti qazanıb ki, bunu etməməkdə onu ittiham edəsən ? Şübhə etmirəm ki, bu prosesdə problemlər var. Şəxsi məqsədlər adı altında kommersiya üçün mobil telefon gətirənlər var.  Düşünürəm ki, Dövlət Gömrük Komitəsinin müvafiq qurumlarında, əməliyyat-axtarışla məşğul olan strukturlarında telefon mafiyası ilə məşğul olanlar haqqında yetərincə məlumatlar var.  Özlərinin açıqlamsında bildiriblər ki, təkcə son bir-iki ayda məhz bu cür adamlara dövlətə 2 milyon rüsum ödətdiriblər. Əslində bu, qurumun son dövrlərdə bu sahədə ciddi addımlar atdığını göstərir.  Amma gözləmirdim ki, Dövlət Gömrük Komitəsi problemin səbəbi, əsil mahiyyəti ilə bağlı, poçtu, özüdə məhz əyalət poçtunu günahlandırsın.  Həm də, qəribədir ki, bağlamaların ölkəyə daxil olma mərhələsindən tutmuş Azərpoçtun baş ofisindən regionlara göndərilməsinədək bütün proseslərə məhz Dövlət Gömrük Komitəsi rəhbərlik edir. Azərpoçt bu işdən kənarlaşdırılıb.  Bu yaxınlarda mən bununla bağlı geniş bir araşdırma aparıb, Dövlət Gömrük Komitəsi və Azərpoçt üçün də təkliflər vermişdim."

Osman Gündüz son olaraq artıq bir neçə dəfədir ki, Azərpoçtun ittiham edildiyini vurğulayıb:

"Xatırlayıram ki bir-iki gün öncə də, kiminsə elektron ticarət yolu ilə marixuana əldə etməsində də Azərpoçt günahlandırılırdı. Hansı ki əslində bütün prosesə nəzarət, həm də texnoloji nəzarət , bağlamaların qabaqcadan keçirildiyi skanerlər Dövlət Gömrük Komitəsinin nəzarətindədir.Belə olan halda nə üçün məhz poçt, ya poçtalyon günahkardır ? Ümid edirəm Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Dövlət Gömrük Komitəsi bununla bağlı geniş rəsmi açıqlamalar verəcəklər."


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə