Previous Next
Bağla

Dövlət Təhlükəsizliyi Xidməti Mingəçevirdə tədbir keçirib

21-02-2020 13:30
Dövlət Təhlükəsizliyi Xidməti Mingəçevirdə tədbir keçirib

Müasir dövrdə internet istifadəçilərinin mütləq əksəriyyətinin həyatının ayrılmaz hissəsinə çevrilmiş sosial şəbəkələr təkcə rahat ünsiyyət, tanışlıq, gündəlik həyata aid məlumatların və şəkillərin paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır.

Xeberler.az bildirir ki, cəmiyyətin müxtəlif yaş qrupundan olan üzvləri, o cümlədən uşaqlar və yeniyetmələr də sosial şəbəkələrin imkanlarından geniş istifadə etməyə çalışırlar. Bu platformanın səmərəli əks-əlaqə imkanları onu əlverişli kommunikasiya vasitəsi olmaqla yanaşı, həm də təsir kanalına çevirir. Sosial şəbəkələr yenilikləri ilə bərabər, elmi-mədəni və mənəvi-əxlaqi dəyərlərə, ailə institutuna, gənc nəslin psixoloji-fiziki yetkinləşməsinə və tərbiyəsinə, ümumən ictimai davranış və münasibətlər sisteminə ciddi təhlükələr doğurur.

Son illərdə sosial şəbəkələrin milli təhlükəsizliyə yaratdığı təhdidlərlə bağlı narahatlıqlarını dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ictimaiyyət nümayəndələri və elmi mərkəzləri də etiraf edirlər. Burada müxtəlif mümkün risk ssenariləri - terrorçu, ekstremist, radikal qruplar tərəfindən sosial media platformalarından təbliğat və təşviqat aləti kimi geniş istifadə olunması, dini, milli, irqi ayrı-seçkiliyə çağırışlar və digər təhdidlər birbaşa vətəndaşın, dövlətin və cəmiyyətin təhlükəsizliyinə qarşı yönəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və səyləri nəticəsində gənc nəslin vətənpərvərlik, xalqımızın qədim və zəngin tarixinə, milli adət-ənənələrinə, mədəni və mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi, onların müasir elmin və təhsilin verdiyi üstünlüklərdən bəhrələnmələri üçün dövlət tərəfindən geniş imkanların yaradılması ölkəmizdə həyata keçirilən uğurlu milli inkişaf strategiyasının prioritet vəzifələrindəndir.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Təhsil Nazirliyi və yerli icra hakimiyyətləri strukturlarının birgə təşkilatçılığı ilə təhsil müəssisələrinin yuxarı sinif şagirdləri və tələbələri üçün "Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri" mövzusunda interaktiv seminarlar davam edir. Bu seminarların başlıca məqsədi dövlət mənafelərinin təmin olunması, milli genofondun yad təsirlərdən və təhlükələrdən qorunmasıdır.

Seminarlar DTX-nin bu sahə üzrə peşəkar mütəxəssisləri, o cümlədən DTX-nin Heydər Əliyev adına Akademiyasının təcrübəli əməkdaşları tərəfindən aparılır.

2020-ci il fevralın 20-də DTX-nin təşkilatçılığı, Təhsil Nazirliyinin, Mingəçevir şəhər, Yevlax, Ağdaş və Goranboy rayonlarının icra hakimiyyəti strukturlarının dəstəyi ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən, yuxarı sinif şagirdlərinin də çıxışçı qismində iştirak etdikləri interaktiv seminara qeyd olunan şəhər və rayonlarının təhsil müəssisələrinin ümumilikdə 570-dən çox yuxarı sinif şagirdi və tələbəsi qatılıb.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.

Mərkəzin akt zalında davam edən tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət himni səsləndirilib.

Sonra sosial şəbəkələrin insanların gündəlik həyatlarına təsiri, müsbət və mənfi tərəflərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri Mingəçevir ŞİH-nin başçısı İlham İsmayılov açaraq belə mühüm maarifləndirmə və tədris formalarının əhəmiyyətini vurğulayıb. O, bu seminarın dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın uşaqların və yeniyetmələrin milli ruhda tərbiyəsinə, inkişafına, təhsilinə və kamil vətəndaş kimi formalaşmalarına, ümumilikdə uğurlu gənclər siyasətinə növbəti töhfələri olduğunu qeyd edib.

İ.İsmayılov DTX-nin bu təşəbbüsünün təqdirəlayiq olduğunu və indiyədək keçirilən seminarların müəllim-şagird və tələbə kollektivləri tərəfindən rəğbətlə qarşılandığını bildirib.

Sonra DTX-nin Heydər Əliyev adına Akademiyası rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə edilisin. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi prioritet məsələlərdəndir.

Seminarda Akademiyanın kafedra rəisi D.Rüstəmovun, psixologiya üzrə fəlsəfə doktoru dosent M.Sadıqovanın, hüquq üzrə fəlsəfə doktoru E.Balacanovun "Sosial şəbəkələr və milli təhlükəsizlik: mövcud təhdid və risklər", "Sosial şəbəkələrdən məqsədli istifadənin faydaları", "Sosial şəbəkələrin gənclərin psixikasına təsiri", "Sosial şəbəkələrin gənclərin həyatında yaratdığı problemlərə ümumi baxış" və digər aktual mövzularda məruzələri dinlənilib.

Seminarda yuxarı sinif şagirdləri Aytac Mustafayeva və Cavid Mirzəzadə sosial şəbəkələrin müsbət və mənfi tərəflərinin öz təcrübələrində onların həyatlarına təsirləri barədə fikirlərini bölüşüblər.

Böyük maraqla qarşılanan seminar sonra şagird və tələbələrin yaxından iştirakları ilə onları düşündürən suallar ətrafında interaktiv müzakirələrlə davam edib.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkələrin gənclərin həyatında rolu adlı seminar keçirilib

14-10-2019

Ali baş komandan İlham Əliyev DTX əsgərlərinin andiçmə mərasimində iştirak edib

17-09-2018

Ümummilli lider Heydər Əliyevin vəfatından 13 il ötür

12-12-2016

Prezident uşaqların zərərli məzmundan qorunması barədə Sərəncam imzalayıb

27-02-2026

Ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümüdür

12-12-2015

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 94 il ötür

10-05-2017

Dövlət Təhlükəsizliyi Xidmətinin saytı istifadəyə verilib

08-04-2016

Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür

12-12-2017

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

01-02-2019

Siyavuş Novruzovun saxta Facebook səhifəsi bağlanıb

02-09-2015

Gənclərə internet vasitəsilə pul qazanmağın yolları öyrədilir

31-10-2013

“Sosial media və milli dəyərlər” mövzusunda təlimlərə başlanılıb

28-07-2015

“Cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

11-08-2022

Informatika müəllimləri üçün təlim keçirilib

18-01-2020

Azercell Təhlükəsiz internet təlimin keçirilməsinə dəstək oldu

21-01-2020

Müsabiqə qalibləri mükafatlandırılıb

09-05-2019

Dini qurumlar və müasir informasiya texnologiyaları mövzusunda konfrans keçirilib

18-07-2019

ASAN xidmət işçilərinin peşə bayramı qeyd olunub

28-12-2018

“Suni intellekt və rəqəmsal inkişaf istiqamətləri” müzakirə edilib

27-02-2026

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025

XRİTDX-də Ümummilli Liderə həsr edilən silsilə tədbirlər təşkil edilib

10-05-2026

16 yaşından kiçik olanlar sosial mediadan istifadə edə bilməyəcək

16-12-2015

Akademik: Əsas məqsəd dövlətin və cəmiyyətin kiberimmunitetini gücləndirməkdir

03-11-2025

Əli Hüseynli: “Sosial media haqqında” qanunun hazırlanması prioritet məsələdir”

14-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə