Previous Next
Bağla

Sosial şəbəkələrin gənclərin həyatında rolu adlı seminar keçirilib

14-10-2019 10:50
Sosial şəbəkələrin gənclərin həyatında rolu adlı seminar keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin 10 və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlarını davam etdirir. Növbəti interaktiv seminar Xətai rayonunun orta ümumtəhsil müəssisələrinin şagirdləri üçün təşkil olunub.

Xeberler.az bildirir ki, DTX-dən verilən məlumata görə, seminarın məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərin və əxlaqi irsin qorunması ruhunda tərbiyəsi, onların tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi və ictimai maarifləndirilməsi üzrə tapşırıqlarının həyata keçirilməsidir.

Seminarlar DTX-nin təcrübəli əməkdaşları, Akademiyanın müəllimləri və bu sahə üzrə dəvət olunan peşəkar mütəxəssislər tərəfindən aparılır.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolunu əks etdirən “Şöhrət” muzeyi ilə tanış olublar.

Seminarda şagirdlərə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, habelə gənclərin asudə və qiymətli vaxtlarının daha çox “virtual dünya”ya sərf etməsinin real həyatdan uzaqlaşmağa gətirib çıxarmasının psixoloji fəsadları və milli genofonda doğurduğu təhlükələr barədə interaktiv diskussiyalar aparılıb.

Akademiya rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, gənclər və yeniyetmələr tərəfindən düzgün və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər. Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün və qaydalara uyğun şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi ən prioritet məsələlərdəndir.

Seminarda Akademiyanın dosenti, psixologiya üzrə fəlsəfə doktoru M.Sadıqovanın, kafedra rəisi D.Rüstəmovun, DTX-nin əməkdaşı O.Mustafazadənin və Bakı Dövlət Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru Eivin Balacanovun və digərlərinin aktual mövzularda məruzələri dinlənilib. Seminar şagirdlərin yaxından iştirakı ilə interaktiv müzakirələrlə davam edib.

Sonda tədbir iştirakçılarına “Sosial şəbəkələrin gənclərin həyatında rolu” mövzusunda videoçarx nümayiş olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət Təhlükəsizliyi Xidməti Mingəçevirdə tədbir keçirib

21-02-2020

Gənclərə internet vasitəsilə pul qazanmağın yolları öyrədilir

31-10-2013

Gənclərin internet bilikləri artırılır

27-03-2013

Dövlət Təhlükəsizliyi Xidmətinin saytı istifadəyə verilib

08-04-2016

Elektron informasiya təhlükəsizliyi ilə bağlı təlimlər başlayıb

21-01-2016

“Sosial media və milli dəyərlər” mövzusunda təlimlərə başlanılıb

28-07-2015

"Sosial şəbəkələr və gənclik" adlı seminar keçirildi

21-05-2011

Hesab.az tələbələr üçün növbəti dəfə seminar təşkil edib

20-11-2019

İnformasiya təhlükəsizliyinin inkişaf istiqamətləri müzakirə edilib

19-05-2016

Gənclərin innovasiya yay düşərgəsi interaktiv təlimlərlə davam edir

10-08-2022

Məktəblilərə internet təhlükələri barədə məlumat verilib

31-05-2017

Müsabiqə qalibləri mükafatlandırılıb

09-05-2019

“İnternetdə olan imkanlar və təhlükələr” mövzusunda seminar keçirilib

04-10-2019

Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

22-05-2019

Elektron Təhlükəsizlik Xidməti və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi əməkdaşlığa başlayıb

20-06-2024

Ali baş komandan İlham Əliyev DTX əsgərlərinin andiçmə mərasimində iştirak edib

17-09-2018

Sumqayıtda gənclər üçün İKT təlimlər keçirilir

26-12-2016

DTX-nin rəis müavini işdən çıxarıldı, yeni vəzifəyə göndərildi

15-07-2022

“İnformasiya savadlılığı və süni intellekt” adlı elmi seminar keçirilib

25-04-2025

Audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb

03-09-2024

İnformasiya hüququ adlı dərslik nəşr olunub

19-07-2019

“Youth Cyber Forum” keçirilib

25-02-2026

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

XRİTDX-də Ümummilli Liderə həsr edilən silsilə tədbirlər təşkil edilib

10-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə