Previous Next
Bağla

Dini qurumlar və müasir informasiya texnologiyaları mövzusunda konfrans keçirilib

18-07-2019 16:08
Dini qurumlar və müasir informasiya texnologiyaları mövzusunda konfrans keçirilib

Xeberler.az bildirir ki, iyulun 18-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı, müxtəlif dinə mənsub icmaların nümayəndələrinin iştirakı ilə "Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə" mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qloballaşan dünyada, informasiya texnologiyalarından istifadənin bütün sahələrdə geniş vüsət aldığı bir dövrdə dini qurumların da bu tendensiyaya qoşulmasının əhəmiyyətindən və vacibliyindən danışıb. O bildirib ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə dini icmalar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması prosesi başda olmaqla bütün digər müraciətlərini elektron formada daha tez və rahat şəkildə həyata keçirə bilərlər.

Daha sonra Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Dini qurumlar və müasir informasiya texnologiyaları” mövzusunda təqdimatla çıxış edib. E.Kərimova internet texnologiyalarının dini sahədə yaratdığı imkanlardan və problemlərdən söz açaraq bildirib ki, bu gün internetdən, sosial şəbəkələrdən istifadənin insan həyatında əhəmiyyəti artdıqca, bu imkanlardan sui-istifadə halları da artır. Sosial şəbəkələr, internet insanların həyatında artıq sosial reallıqdır və orada baş verənlər qarşısıalınmaz prosesə çevrilib.

O vurğulayıb ki, radikal dini qruplaşmalar, dindən siyasi məqsədləri üçün istifadə edən qeyri-qanuni birliklər öz mənfur ideyalarının, fikirlərinin təbliğatında internet resurslarından və sosial şəbəkələrin imkanlarından geniş istifadə edirlər. Bütün bu mənfi halların qarşısının alınması məqsədilə dini qurumların və dini icma nümayəndələrinin öhdəsinə mühüm vəzifə düşdüyünü deyən Komitə rəsmisi sözügedən halların qarşısının alınması üçün onları internet resurslarından istifadə etməklə ideoloji mübarizə aparmağa səsləyib.

DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva “İnnovativ məhsul və xidmətlər” mövzusunda təqdimatla çıxış edərək Dövlət Komitəsinin göstərdiyi elektron xidmətlər barədə geniş məlumat verib. O bildirib ki, Dövlət Komitəsi göstərdiyi elektron xidmətlərin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər görür, bu sahədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yaxından əməkdaşlıq edir.

O vurğulayıb ki, Komitənin “www.scwra.gov.az” rəsmi saytının “qaynar xətt” bölməsinə, “Jivochat” onlayn müraciət proqramına, rəsmi elektron poçt ünvanına və sosial şəbəkələrdəki səhifələrinə daxil olan onlarla müraciət operativ formada cavablandırılır, vətəndaşların qısa zamanda müvafiq məsələlərlə bağlı məlumat və cavab almaları təmin edilir. Bütün bu xidmətlər dini qurumların Dövlət Komitəsinə etdiyi ayrı-ayrı müraciətlərə baxılması prosesində də tətbiq edilir.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nəzirlərin elektron ödənilməsi üçün qaydalar hazırlanır

28-03-2023

“Müasir informasiya məkanı və dini etiqad azadlığı” konfransı keçirilir

15-07-2025

İki elektron xidmətin inzibati reqlamentində dəyişiklik olunub

12-11-2015

“Elektron KİV sistemində dini problemlərin obyektiv qoyuluşu” mövzusunda treninq keçirilib

13-03-2009

“Telekommunikasiya haqqında” qanuna dəyişiklik edilir

13-10-2016

Azərbaycanda ianələr elektron şəkildə toplanacaq

14-08-2023

Dini ədəbiyyatın idxalı və ixracına razılıq elektron formada veriləcək

28-09-2016

Ramin Məmmədov: İslamofobiyaya meyillilik rəqəmsal mediada da müşahidə edilir

26-05-2025

Asan Könüllülərinin təşkilatçılığı ilə yeni layihəyə start verilib

20-08-2018

Reklam haqqında Qanuna dəyişikliklər təklif edilib

04-11-2022

“Azərbaycanda dini televiziyanın və radionun açılması mümkün deyil”

28-09-2016

Dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqi davam edir

23-07-2009

Siyavuş Novruzovun saxta Facebook səhifəsi bağlanıb

02-09-2015

İham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

10-01-2017

Dini məlumatlar milli saytlarımızda

11-07-2015

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02-04-2024

Nazirliklərin göstərəcəyi elektron xidmət növlərinin siyahısı açıqlanıb

28-11-2011

“İKT LAB” sosial mediadan istifadə təlimləri keçirir

21-04-2022

Dövlət Agentliyi Veb konfrans təşkil edib

21-05-2020

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

10-07-2019

Dövlət Təhlükəsizliyi Xidməti Mingəçevirdə tədbir keçirib

21-02-2020

Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur

30-09-2024

Veb-kameralar məscidlərdə də quraşdırılacaq

03-12-2015

Komitənin rəsmi saytı yeniləndi

11-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə