Previous Next
Bağla

DTX beynəlxalq kibercinayətkarları saxlayıb

25-07-2017 11:16
DTX beynəlxalq kibercinayətkarları saxlayıb

Azərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilib, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə hazıradək hesablanmış 3.700.000,0 (üç milyon yeddi yüz min) manatdan artıq vəsait oğurlanıb. Digər dövlətlərdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətlərinin törədildiyi müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, fakt üzrə toplanılmış materiallar əsasında DTX-da Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa edilib.

Cinayətkar qrupun üzvü kimi cinayət əməllərinin törədilməsində şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniya Krallığının Barselona şəhərində saxlanılıb, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində 2017-ci il iyulun 23-də Azərbaycana ekstradisiya edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq mühafizə orqanlarına zəruri hüquqi yardım göstəriləcək.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025

MTN-in 7 vəzifəli şəxsi həbs olunub - Rəsmi açıqlama

20-10-2015

İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

17-02-2025

Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login" sisteminə kiber müdaxilələr olunub

15-09-2022

İnformasiya sistemlərinə kiberhücumlar təşkil edən şəxs saxlanılıb

23-07-2025

DTX tərəfindən həbs olunan hakerə hökm oxunub

03-06-2025

Azərbaycandan Yeni Zellandiyaya poçt bağlamasında 1 kq narkotikin göndərilməsinin qarşısı alınıb

09-10-2023

İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

14-11-2025

DTX Azercell və Bakcell-də xüsusi əməliyyat keçirib

20-08-2016

Rabitə xidmətləri ilə qanunsuz məşğul olanlar barəsində cinayət işi başlanıb

21-04-2015

Onlayn qumar oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb

25-11-2025

Daha bir qrup kibercinayətkarın məhkəməsi başlayıb

27-11-2024

MİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub

23-09-2022

DTX kibercinayətkarların əməllərini ifşa edib

14-07-2025

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxslər tutulublar

01-11-2010

4000 nəfəri aldadan İnvestsland adlı şəbəkə biznesi ifşa edildi

19-03-2019

Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib, 60 min manat tələb olunub

17-07-2023

Xarici kiberbunkerlərə məlumat ötürməkdə şübhəli bilinən şəxs saxlanılıb

15-07-2025

İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib

14-11-2022

Azərbaycanda kriptovalyuta üzərinə həbs qoyulub

27-08-2025

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

20-09-2024

MTN əməkdaşları gizli olaraq telefon danışıqlarını dinləyib – Rəsmi açıqlama

25-11-2015

MİDA-nın adından saxta sənədlər hazırlayanlar aşkarlanıb

18-02-2025

Sosial şəbəkələrdə onlayn qumar təşkil edən daha bir dəstə ifşa olunub

11-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə