Previous Next
Bağla

DTX Azercell və Bakcell-də xüsusi əməliyyat keçirib

20-08-2016 09:39
DTX Azercell və Bakcell-də xüsusi əməliyyat keçirib

Azərbaycan Respublikasında mobil rabitə xidmətləri göstərən şirkətlərin müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər kimi belə tədbirləri keçirməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmisdan oğlu saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətlərindən Xeberler.az-a  daxil olan birgə məlumata görə, müəyyən edilmişdir ki, Bakcell LTD MMC-də əsas şәbәkә üzrə baş mühәndis vәzifәsindә işlәyәn Şahin İsrayılov, Azerfon MMC-də “Zənglər mərkəzi”ndə operator vəzifəsində işləyən, Azәrbaycan Xalq Cәbhәsi Partiyasının Xәtai rayon Gәnclәr tәşkilatının sәdri Fuad Әhmәdli, Azercell Telecom MMC-nin müştәri xidmәtində operator vəzifəsində işləyən Etibar Musayev ölkә әrazisindә mobil rabitә xidmәtlәri göstәrәn həmin şirkәtlәrdә işә başladıqları vaxtdan 18 avqust 2016-cı ilədək olan müddət ərzində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə Vüqar Qasımovun və digər şəxslərin müraciətləri əsasında qanunsuz olaraq mütəmadi surətdə həmin mobil operatorların çoxsaylı abunəçilərinə dair fərdi məlumatları, o cümlədən abunəçilərin anket məlumatlarını, zəng tarixçələrindən çıxarışları, antenalar üzrə vətəndaşların olduqları yerlər və yerdəyişmələri və sair qapalı məlumatları çıxararaq, SMS yazışmaları və müxtəlif gizli üsullarla Vüqar Qasımova və digər şəxslərə ötürmüş, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurublar.

Fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılmışdır. İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmisdan oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onların yaşadığı ünvanlarda keçirilmiş baxış zamanı qanunsuz fəaliyyətlərinə dəlalət edən maddi sübutlar aşkar edilərək götürülüb. Fuad Əhmədlinin yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fəthullah Gülənin çıxışları olan vərəqələr, “Gülən camaatı” adlandırılan qrupun üzvləri, “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər, Vüqar Qasımovun yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarının şəxsi sənədlərinin surətləri, onun adına rəsmiləşdirilmiş xeyli sayda mobil telefon nömrələri və qanunsuz fəaliyyətinə aid digər əşyalar aşkar edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MTN-in 7 vəzifəli şəxsi həbs olunub - Rəsmi açıqlama

20-10-2015

MTN əməkdaşları gizli olaraq telefon danışıqlarını dinləyib – Rəsmi açıqlama

25-11-2015

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə külli miqdarda ziyan vurmuş şəxslər tutulublar

01-11-2010

İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

17-02-2025

MTN əməkdaşları qanunsuz telefon dinləmələri və gizli informasiyalar əldə ediblərmi ?

20-10-2015

MİDA-nın informasiya sisteminə müdaxilə edənlər məsuliyyətə cəlb olunublar

15-04-2022

DTX beynəlxalq kibercinayətkarları saxlayıb

25-07-2017

Azərbaycandan Yeni Zellandiyaya poçt bağlamasında 1 kq narkotikin göndərilməsinin qarşısı alınıb

09-10-2023

Daha bir qrup kibercinayətkarın məhkəməsi başlayıb

27-11-2024

Xaricdən telefon gətirənlər gömrükçülərə aylıq haqq verirmişlər

14-01-2019

Azərbaycanın yeni hökumətinə bu nazirlər və komitə sədrləri təyin olunub-Siyahı

23-04-2018

RYTN-in vəzifəli şəxslərinin həbs və istintaq müddəti uzadılıb

23-08-2016

Prezident Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib - Siyahı

21-04-2018

İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

14-11-2025

Prezident rabitə və yüksək texnologiyalar sahəsinin işçilərini təltif edib - Siyahı

06-12-2017

Baş Prokurorluq nazirlikdəki həbslərlə bağlı rəsmi məlumat yayıb

13-11-2015

Onlayn qumar oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb

25-11-2025

DTX kibercinayətkarların əməllərini ifşa edib

14-07-2025

Dövlət Agentliyinin bir qrup əməkdaşı təltif edilib

31-12-2024

Bakıdakı dəhşətli yanğınla bağlı rəsmi açıqlama

19-05-2015

Onlayn kazino oyunları təşkil etməkdə şübhəli bilinən 4 nəfər tutulub

16-03-2026

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

20-09-2024

Azərbaycanda 4 rayonda mobil operator şirkətinin enerji blokları oğurlanıb

17-07-2023

MİDA-nın adından saxta sənədlər hazırlayanlar aşkarlanıb

18-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə