Previous Next
Bağla

MİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub

23-09-2022 20:53
MİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub

“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçiminin təşkili prosesində Elektron Hökumətin İnkişafı Mərkəzinin “ASAN Login” sisteminə kiberhücumla bağlı aparılan araşdırmalara dair 

Xeberler.az bildirir ki, daha əvvəl məlumat verildiyi kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815 mənzilin 15.09.2022-ci il tarixində seçim prosesi başlamazdan öncə dövlət orqanlarının informasiya sistemlərinə kiber müdaxilələrin edildiyi təsbit olunmuş, seçim prosesinin vaxtı təxirə salınmış və faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işi başlanılmışdır.

İbtidai istintaqla müəyyən edilmişdir ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal Yaşayış kompleksinin ikinci mərhələsində mənzil seçimi prosesinin həyata keçirilməsi üçün “Güzəştli mənzil” sisteminə girişi təmin edən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin nəzdində fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə Bakı vaxtı ilə 10:38-dən 10:53-dək müxtəlif ölkələrə məxsus IP ünvanlardan törədilmiş DDOS - yəni paylanılmış xidmətdən imtina hücumu formasında kibermüdaxilə nəticəsində əlaqəli şəkildə fəaliyyət göstərən ASAN Login vahid giriş sisteminə məxsus kompüter sistemlərinin işləməsinə qəsdən ciddi maneə yaradılmış, seçim prosesinə müdaxilənin qarşısının alınması üçün proses dayandırılmışdır.

Araşdırmalar zamanı cinayət əməllərinin texniki izləri aşkar edilib rəsmiləşdirilərək götürülmüş, kiberhücumların ümumilikdə 11 ölkəyə məxsus 47 IP ünvanından həyata keçirildiyi müəyyən edilmişdir.

“Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyası üzrə təxirəsalınmaz prosedur tədbirlər yerinə yetirilərək kiberhücumun həyata keçirildiyi IP ünvanların aid olduğu ölkələrə edilmiş müraciətlər əsasında IP məlumatlarının mühafizə olunması üçün tədbirlər görülməsi barədə zəmanət alınmış, kiberhücumların ümumi mənbəyinin müəyyən edilməsi üçün təsdiq edilmiş ilkin məlumatlar əsasında IP ünvanlara dair abunə və trafik məlumatlarının götürülməsi və həmin məlumatlardan irəli gələn istintaq hərəkətlərinin aparılması üçün aidiyyəti ölkələrə müvafiq məhkəmə qərarları əsasında “Cinayət işi üzrə qarşılıqlı hüquqi yardım” sorğuları ünvanlanmış, zəruri kommunikasiya, istintaq-əməliyyat və əməliyyat-texniki tədbirlər həyata keçirilməkdədir.

Eyni zamanda qeyd edilir ki, aidiyyəti dövlət orqanları ilə birgə qeyd olunan kiberhücum kanalları tam təsbit edilərək bloklanmaqla yanaşı, mənzillərin təxirə salınmış güzəştlə seçimi prosesinin gücləndirilmiş təhlükəsizlik şərtlərinin təmin edildiyi şəraitdə təşkili və keçirilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Təxirə salınmış mənzil seçimi prosesinin 24.09.2022-ci il tarixində saat 15:00-da keçirilməsi qərara alınmışdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login" sisteminə kiber müdaxilələr olunub

Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login" sisteminə kiber müdaxilələr olunub

15-09-2022
MİDA-nın 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilmişdir

MİDA-nın 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilmişdir

08-07-2022
MİDA-nın informasiya sisteminə müdaxilə edənlər məsuliyyətə cəlb olunublar

MİDA-nın informasiya sisteminə müdaxilə edənlər məsuliyyətə cəlb olunublar

15-04-2022
DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025
Güzəştli mənzillərin satışı yenə baş tutmadı

Güzəştli mənzillərin satışı yenə baş tutmadı

15-09-2022
MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019
Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

Güzəştli mənzil sistemində təkmilləşdirmə işləri aparılır

26-12-2018
Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı alınıb

Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı alınıb

04-12-2025
Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023
MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

12-07-2019
Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019
248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

25-12-2019
MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022
DTX: "MİDA-dan eyni İP ünvandan bir neçə mənzil alınıb"

DTX: "MİDA-dan eyni İP ünvandan bir neçə mənzil alınıb"

08-07-2022
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın görüşü keçirilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın görüşü keçirilib

07-08-2018
MİDA:Vətəndaşların nəzərinə!

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022
Güzəştli mənzillərin seçimi başa çatıb

Güzəştli mənzillərin seçimi başa çatıb

16-10-2019
MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə elan verib

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə elan verib

23-11-2019
MİDA: Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb

MİDA: Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb

06-12-2024
Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

20-06-2023
MİDA satılmış mənzillərlə bağlı yekun nəticəni açıqlayıb

MİDA satılmış mənzillərlə bağlı yekun nəticəni açıqlayıb

28-09-2022
Bu gün 300-dən çox güzəştli mənzilin satışına başlanır

Bu gün 300-dən çox güzəştli mənzilin satışına başlanır

05-09-2018
1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

24-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə