Dünyanın ən ağıllı personal robotu artıq xidmətinizdə

17-02-2015 / 11:20

Personal Robot layihəsi bundan bir neçə həftə əvvəl ona bir sərmaye axtaran bir süni zəka sahibi olan "xidmətçi" layihəsindən ibarət idi. Kickstarter'da sərmayə tapan Personal Robot u izləyin.

 

Işdən evə gəldiyinizdə sizi qapida qarşılayan, mətbəx alətləri ilə əlaqədə olaraq qəhvənizi, çayınızı hazırlayacaq, hətda sabah işə gedərkən köynəyinizə uyğun bir qalstuk məsləhət bilən bir robotun sahibi olmaq istərdinizmi?

 

Personal Robot yalniz bunları etmir, əlavə yığıncaqlarda DJ olan, dostlarınızla şəkilləri çəkərək bunları sosial mediada istəyinizə uyğun paylaşan bir köməkçi robotdan bəhs edirik. Uşaqlarınıza interaktiv hekayələr danışan, mətbəxdə yemək hazırlayarkən miqdarına kömək edən, iş görüşmələrinizdə sizə dəstək olan, evinizin  təhlükəsizliyini təmin edən və bir tərəfdən də enerjiyə qənaət etməyimizə kömək edən bu robotun qiyməti hal-hazırda 995 dollardı.

 

Siz evdə olarkən, ya da olmayanda evin bütün rahatlığını qoruya bilən Personal Robot düşüncəli zəkaya sahibdir və verilən səsli cümlələri başa düşür, sizinlə dialoqada girə bilər.

Ağıllı saatlar və elektrik naqilləri ilə tamamlanan Personal Robot, demək olar ki, bütün sosial media ilə  əlaqə yaradır. Amazon, CoinbaseFoursquare, Instagram, TwitterFacebook hesablarınızı idarə edə bilir və avtomatik cavablarda verir.

Kickstarter bir neçə həftədir ki, olduqca marağa səbəb olan layihə rəhbəri Robotbase-in web saytında artıq satışa verildi.

Personal Robot haqqında daha da ətraflı videoda

                                                                                      Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə