Texnologiya və proqram firması Akınsoft Konyada açılışını etdiyi kafe və həmçinin robot tətbiq mərkəzində xidmətçi robotunu təqdim edib.
Konya mərkəzli proqram şirkəti Akınsoft-un idarə heyətinin direktoru Özgür Akın, Məram mahalında robot xidmətçilərin çalışdığı kafenin açılış mərasimində bu mərkəzin yalnız qəhvə içmə məkanı olmadığını, ölkə daxilində ilk olacaq bir performansla işləyəcəyini söyləyib.
Robot texnologiyalar üzərində etdikləri işlərin bu kafe sayəsində görülə biləcəyini ifadə edən Akın, "Kafe istənilən yeməyin yeyilə biləcəyi, içkinin içilə biləcəyi, robotların xidmət etdiyi bir robot tətbiq mərkəzidir. Sonrasında sifarişlər veriləcək və xidmətçi robotun ardıcıl istehsalına keçiləcək. Əlavə, 2015-ci ildə robot zavodumuzun açılışını da reallaşdıracağıq".
"Ada"nın texniki xüsusiyyətləri haqqında məlumat verən Akın, robotun yer, məsafə və ziddlik sensorlar olduğunu, bu sensorlarla işlədiyini ifadə edib.
Adanın yol təqib edə bilən və stolların yerlərini təsbit edə bilən bir robot olduğunu izah edən Akın, robotun kompüter sistemi ilə işlədiyini də bildirib.
Xidmətçi robot "Ada" iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
150 santimetr hündürlükdə, 30 kiloqram ağırlığında və süni zəkaya sahib "Ada" müştərilərə xidmət edib.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri