Yaponiyanın Tokio Universitetinin mütəxəssisləri robot-müəllim yaradıblar.
Saya adlı zərif robot-qızın insana oxşarlıq səviyyəsi olduqca yüksəkdir. Bu robot insanın altı əsas hisslərini ifadə edə bilir – təəccüb, qorxu, nifrət, hirs, sevinc və kədər. Daha təbii görünüş üçün vizual olaraq əsl dəridən demək olar ki fərqlənməyən elastik rezin dəri ilə örtülmüş yeni robot göz və ağız hərəkətlərinin idarə olunmasını təmin etmək üçün xüsusi qurğularla təchiz olunub.
Quraşdırılmış sistemin köməyi ilə Saya həmçinin qaşlarını tərpədir, təvazökarlıqla gülümsəyərək dodaqlarını dartır və ya ətrafda baş verənlərə öz təəccübünü bildirərək gözlərini geniş açır, Cybersecurity yazır.
Yeni robot artıq Tokionun bir neçə məktəblərində 5 və 6-cı sinif şagirdləri arasında sınaqdan keçirilib. Mütəxəssislərin fikrincə Saya və digər bu cür robotların əsas məqsədi insanı əvəz etməkdir. Və yaxın gələcəkdə bu artıq reallığa çevrilə bilər. Yeni robotun tərtibatçılarının proqnozlarına görə, artıq 10-15 ildən sonra insanlar tam funksional robot-müəllimlər, robot-sürücülər, robot-tibb bacıları, robot-xadimələrin xidmətlərindən istifadə edə biləcəklər.
Qeyd edək ki, robot-müəllimin qiyməti təxminən 51 000 ABŞ dolları təşkil edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri