Dünyanın ən bahalı telefon nömrəsi

07-04-2015 / 16:57

Qətərin Doha şəhərində hərracla telefon nömrəsi satılıb: 666 66 66.

Xəbərlər xarici mətbuata istinadən məlumat verir ki, Qətər Telecom-un həyata keçirdiyi hərracda bu nömrə 2 milyon 750 min dollara satılıb. Qeyd edək ki, 666 rəqəminin fərqli dillərdə bir çox mənaları var.

Haqqında bəhs etdiyimiz nömrədən əvvəlki rekord göstərici isə Çində 8888 8888 nömrəsi idi. Sichuan Hava yolları tərəfindən alınan bu nömrənin qiyməti 480 min dollar olub.

Çində 8888 8888 rəqəminin özəlliyi ondan ibarətdir ki, Çin dilində 8 rəqəminin tələffüzünün “zəngin” sözünə bənzəyir.

 Ruhəngiz Muradova

 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə