Samsung-un ən çox satılan modeli hansıdır?

31-08-2009 / 10:03

Samsung Electronics-in touch ekranlı cib telefonu olan Samsung S5233 Star dünya bazarında sürətli satışına görə firmanın tarixində iz qoub.

Xeberler.az bildirir ki, Samsung ən çox satılan modelin dünyada satış rəqəminin bu ay ərzində 5 milyon ədəd olduğunu açıqlayıb.

May ayında bazara çıxan model ilk Avropa bazarında uğur qazanmağa başlayıb. İlk bir yarım ayda bir milyonluq satış rəqəminə çatıb. Telefon 3G texnologiyasını dəstəkləyir. Dünyada 3G texnologiyasının yayılması modelin satışına da birbaşa təsir edir. May ayında 700.000-dən çox, iyun ayında 900.000-dən çox satılan Samsung Ulduz-un iyul satış rəqəmi 1,6 milyon, avqust satışı isə 1,8 milyon olaraq reallaşıb.

Aktual satış rəqəmlərinə görə, Noyabr ayında dünyadakı cəmi Samsung Ulduz satış rəqəminin 10 milyon ədədə çatması gözlənilir. Samsung S5233 Star sahib olduğu üstün xüsusiyyətləri və sərfəli qiyməti ilə alıcıların marağındadır.

Telefon 11.9 millimetr incəliyindəki qəşəng gövdəsi və 3 düymlük WQVGA touch ekranı, 3.2 Megapiksel kamerası, yüksək keyfiyyətli səs texnologiyasıyla diqqəti çəkir. Bu modelin uğur qazanmasının arxasında incə dizayn və qarlşılıqlı istifadəçi interfeysinin olması da qeyd edilir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə