Dünyanın ən güclü lazeri yaradılıb

30-07-2015 / 12:29

Yaponiyanın Osaka Universitetinin tədqiqatçılar qrupu dünyanın ən güclü lazerini yaratmağa nail olub.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, lazerin buraxdığı şüanın gücü 2 petavatt təşkil edir. LFEX (Laser for Fast Ignition Experiments) adlandırılan qurğunun uzunluğu 92 metrə çatır.

Lazerin güclü olmasına baxmayaraq iş üçün enerjidən az istifadə edir. Qurğu bir neçə yüz couldan istifadə edir ki, bu da mikrodalğalı sobanın istifadə etdiyi enerjiyə bərabərdir. Lakin böyük gücə qurğunun generasiyasının az müddətli olması sayəsində nail olunur. Güc dedikdə, müəyyən müddət ərzində enerjinin sərf edilməsi başa düşülür. Təqdim olunan lazer yalnız 2 pikosaniyə ərzində davam edən şüanı generasiya edir və bu səbəbdən çıxış gücü də çox olur. Buna lazer axınının sürətləndiricisi qismində işləyən şüşə lampalar sayəsində nail olunur.

Yaponiya alimləri nailiyyətləri ilə kifayətlənməyərək gələcəkdə 10 petavatt gücündə lazer yaratmağı düşünürlər.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə