Previous Next
Bağla

Yaponiya alimlərinin yeni kəşfi

25-02-2015 12:00
Yaponiya alimlərinin yeni kəşfi

Yaponiya alimləri 16 milyard il ərzində vaxtı səhvsiz göstərə bilən yüksək dəqiqliyə malik atom saatı hazırlayıblar.

Xəbərlər-in verdiyi məlumata görə, bu müddət ərzində saat işləyərkən cəmi bir saniyə səhvə yol verir. 

Tokio Universitetinin professoru Hidetosi Katorinin rəhbərliyi ilə mütəxəssislər qrupunun hazırladığı yeni qurğunun əsasını lazer şüalarından ibarət optik şəbəkəyə yerləşdirilən soyudulmuş stronsium atomlarının matrisası təşkil edir.

Stronsium atomlarının temperaturu Selsi üzrə mənfi 180 dərəcəyə bərabərdir. Vaxt intervallarının ölçülməsi kəmiyyətini bu kimyəvi elementin hissəcikləri ilə sərf edilən işıq tezliyi həyata keçirir. Yeni texnologiyalar gözlənilməz dəqiqliyə nail olmağa və hazırda bu göstərici üzrə tətbiq edilən “etalon” saatları min dəfədən çox ötməyə imkan verib.

Yaponiya alimlərinin kəşfi Yerin qravitasiya sahəsinin ölçülməsi üçün istifadə oluna bilər.

Zamanın gedişi qravitasiya potensialının yüksək olduğu yerlərdə zəifləyir. Bu yolla əldə olunan informasiya insanın Yer qabığında baş verən proseslər barədə biliyini xeyli artırmağa, eləcə də təbii fəlakətlər haqqında proqnozları daha dəqiqliklə verməyə imkan verəcək.

Bundan başqa, yeni texnologiyalar faydalı qazıntıların axtarış üçün faydalı olacaq. Onları qlobal mövqe sistemlərində də tətbiq etmək mümkündür. H.Katorinin sözlərinə görə, o və onun həmkarları ümid edirlər ki, yaxın gələcəkdə beynəlxalq vaxtın ölçülməsi standartlarına yenidən baxılacaq və onların kəşfi dünya elmində layiqli yerini tutacaq.

 

Nüsrət Zeynalov

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kosmosdan enerji almaq mümkün olacaq

Kosmosdan enerji almaq mümkün olacaq

17-10-2016
Şotlandiya ucuz qrafen istehsal edəcək

Şotlandiya ucuz qrafen istehsal edəcək

23-11-2015
Elektron burun yaradılıb

Elektron burun yaradılıb

11-08-2017
Dünyanın ən güclü lazeri yaradılıb

Dünyanın ən güclü lazeri yaradılıb

30-07-2015
Nazirlik Azərpoçt xidmətini dayandırdı

Nazirlik Azərpoçt xidmətini dayandırdı

01-07-2015
Mühəndislər sudan kompüter prosessoru yaradıblar

Mühəndislər sudan kompüter prosessoru yaradıblar

11-06-2015
Yaponiyada insan orqanlarının surətlərinin ucuz 3D çapı hazırlanıb

Yaponiyada insan orqanlarının surətlərinin ucuz 3D çapı hazırlanıb

11-07-2015
Kosmosda iki qara dəliyin birləşməsi qeydə alınıb

Kosmosda iki qara dəliyin birləşməsi qeydə alınıb

14-07-2025
Britaniyada internetdən istifadə 20 ildən sonra məhdudlaşa bilər

Britaniyada internetdən istifadə 20 ildən sonra məhdudlaşa bilər

06-05-2015
Dünyada ilk smartfon-termometr

Dünyada ilk smartfon-termometr

27-11-2017
Yaponiya kosmik gəmilər üçün yeni start meydançası inşa edəcək

Yaponiya kosmik gəmilər üçün yeni start meydançası inşa edəcək

04-06-2015
Yaponiya süni intellektin inkişafına sərmayə yatıracaq

Yaponiya süni intellektin inkişafına sərmayə yatıracaq

26-08-2015
Dünyada ən bərk material yaradılıb

Dünyada ən bərk material yaradılıb

14-04-2016
Nazirlikdən xəbərdarlıq: “23:58-də kompüterləri söndürməyi  unutmayın”

Nazirlikdən xəbərdarlıq: “23:58-də kompüterləri söndürməyi unutmayın”

30-06-2015
Yaponlar elastik flash yaddaş üzərində çalışırlar

Yaponlar elastik flash yaddaş üzərində çalışırlar

24-12-2009
Yaponiya GPS üçün yeddinci peykini buraxacaq

Yaponiya GPS üçün yeddinci peykini buraxacaq

02-12-2025
İyunun 30-da kompüterlərin 5 dəqiqəlik söndürülməsi tövsiyə olunur

İyunun 30-da kompüterlərin 5 dəqiqəlik söndürülməsi tövsiyə olunur

24-06-2015
Yaponiya və ABŞ birgə süni intellekt layihələrinə sərmayə qoyacaq

Yaponiya və ABŞ birgə süni intellekt layihələrinə sərmayə qoyacaq

05-06-2026
Yaponiyanın təkmilləşdirilmiş "H3" raketi buraxılıb

Yaponiyanın təkmilləşdirilmiş "H3" raketi buraxılıb

12-06-2026
Yaponiya Mars üçün eniş platforması hazırlayacaq

Yaponiya Mars üçün eniş platforması hazırlayacaq

04-04-2025
Uşaqlar üçün ağıllı saat təqdim edilib

Uşaqlar üçün ağıllı saat təqdim edilib

29-08-2015
Tarakana bənzəyən robot yaradılıb

Tarakana bənzəyən robot yaradılıb

07-08-2019
Kompüter alqoritmi DNK-ya görə insanın boyunu proqnozlaşdırır

Kompüter alqoritmi DNK-ya görə insanın boyunu proqnozlaşdırır

10-10-2018
Alimlər yüksək həcmli akkumulyatorlar hazırlayıblar

Alimlər yüksək həcmli akkumulyatorlar hazırlayıblar

11-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə