“E-polis” ilə dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür

01-04-2025 / 11:13

Vətəndaşlar şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi kimi Daxili İşlər Nazirliyinə (DİN) aid ödənişləri bank növbəsi gözləmədən seçim edərək həyata keçirə bilərlər.

Xeberler.az məlumat verir ki, bunun üçün mobil tətbiqə daxil olub “Ödənişlər” bölməsindən şəxsiyyət vəsiqəsi identifikasiya metodunu seçərək vətəndaş özü və ya başqa bir şəxs üçün ödəniş edə bilər. Digər şəxs üçün ödəniş edərkən həmin vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd edib müvafiq sənəd rüsumunun ödənişi üçün uyğun xidmət növünü seçmək lazımdır. Kart məlumatlarını tam şəkildə daxil etdikdən sonra ödəniş uğurla həyata keçərsə, balansa aktiv məbləğ əlavə olunur və müraciətiniz üzrə həmin balansdakı məbləğdən istifadə edilir. Sənəd nömrəsi seçimində isə ödəniş etmədən yeni və ya dəyişdirmək istədiyiniz sənədlər üçün xüsusi kod təqdim olunur. Həmin kodu “Sənəd nömrəsi” hissəsinə əlavə edərək dövlət rüsumunu onlayn qaydada ödəyə bilərsiniz. Şirkətlər isə öz VÖEN nömrələrini daxil edərək xidmətdən yararlana bilərlər.

“E-polis” daim təkmilləşən rəqəmsal xidmətləri ilə vətəndaşların məmnunluğu üçün çalışır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə