Previous Next
Bağla

E-xidmətlərdən istifadə edənlərin sayı artıb

05-07-2015 11:57
E-xidmətlərdən istifadə edənlərin sayı artıb

Elektron hökumət portalı vasitəsilə e-xidmətlərdən istifadə edənlərin sayı xeyli artıb.

Xəbərlər-in verdiyi məlumata görə, iyunun 1-nə olan məlumata əsasən, portalın istifadəçilərinin sayı 1,9 milyon nəfərə çatıb və onlar 11,6 milyon dəfə e-xidmətlərdən istifadə ediblər.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) şöbə müdiri İlqar Abdullayev məlumat verib.

Təmsil etdiyi qurumun elektron hökumət quruculuğu istiqamətində gördüyü işlərdən və gələcək planlardan söhbət açan İ.Abdullayev qeyd edib ki, bu ilin keçən dövrü ərzində elektron hökumət sahəsində bir çox mühüm işlər həyata keçirilib. Artıq vətəndaşlar bir sıra arayışları (yaşayış, iş yerindən arayış, diplom haqqında arayış, kommunal borcun olmaması barədə arayış, vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış və s.) dövlət qurumuna getmədən elektron hökumət portalından əldə edə bilirlər. Bundan başqa, yanvar ayında açıq hökumət məlumatları portalı (data.gov.az) istifadəyə verilib.

İ.Abdullayev bildirib ki, cari ildə MHM tərəfindən bir çox ali məktəblərdə, kolleclərdə “E-hökumət” istiqaməti üzrə maarifləndirici tədbirlər təşkil olunub, gələcəyin iş adamları olan tələbələrə ölkədə cərəyan edən elektronlaşma prosesləri və startup layihələr barədə geniş məlumat verilib. Eyni zamanda, yazı müsabiqəsi və mobil tərtibatların hazırlanması üzrə müsabiqə keçirilib.

İ.Abdullayev dövlət qurumlarının informasiya sistemlərinin elektron hökumət portalına inteqrasiyasının və qurumlararası məlumat mübadiləsinin zəruri olduğunu deyib və bunun üçün bütün qurumların öz üzərinə düşən vəzifələrin vaxtında icra edilməsinin vacibliyini vurğulayıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron xidmətlər” lə bağlı 6 aylıq hesabat təqdim olunub

30-06-2015

Yerli icra hakimiyyətlərinə aid 22 xidmət elektronlaşdırılıb

30-06-2015

Bu arayışlar elektron formada olacaq- Siyahı

31-01-2015

Elektron hökumət portalındakı e-xidmətlərdən istifadənin sayı artıb

06-08-2015

E-arayışlardan istifadə edənlər çoxalır

28-05-2015

Daha 4 arayış elektron formaya keçirilir

27-04-2015

Elektron qaydada verilən arayışların sayı 10-a çatıb

30-10-2015

E-xidmətdən istifadə edənlərin sayı nə qədərdir?

17-08-2015

Daha bir arayış elektron formada veriləcək

28-08-2015

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015

Elektron imzaların sayı xeyli artıb

14-01-2015

Ən çox hansı e- arayışdan istifadə olunur?-Siyahı

01-08-2017

Gənclərin Elektron Hökumət portalından istifadəsi mövzusunda təlim keçirilib

26-06-2015

Elektron arayışlardan istifadə sayı 15 dəfə artıb

28-11-2015

Portala ən çox hansı məsələ ilə bağlı müraciət edilib?

10-02-2016

Nazirliyin daha bir vəzifəli şəxsi işdən çıxarıldı

22-01-2016

“Elektron-hökumət” quruculuğunda yeni layihələr həyata keçiriləcək

24-01-2015

Hansı elektron arayış daha populyardır?

07-10-2015

Ötən il ən çox bu e-xidmətlərdən istifadə edilib

24-01-2018

Daha bir bank “Elektron Hökumət” portalına qoşuldu

10-09-2015

MHM daha bir elektron xidmət üzrə statistikanı təqdim edib

06-07-2015

Portala ən çox hansı sahələr üzrə müraciət edilib?

08-09-2016

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

Elektron hökumət portalı üzərindən əldə olunan e-arayışların sayı 9 mini ötüb

11-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə