Previous Next
Bağla

Gənclərin Elektron Hökumət portalından istifadəsi mövzusunda təlim keçirilib

26-06-2015 15:34
Gənclərin Elektron Hökumət  portalından istifadəsi mövzusunda təlim keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi və “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi  iyunun 25-də “Elektron hökumət portalı: vətəndaş dövlət münasibətlərində yeni ünsiyyət platforması”  mövzusunda təlim  keçirib.

Birlikdən Xeberler.az-a verilən məlumta görə, təlimin məqsədi gənclərin elektron hökumət və elektron xidmətlər, dövlət reyestri, açıq hökumət və elektron hökumətin inkişaf perspektivləri və bu istiqamətdə gənclərin rolu ilə  bağlı bilik və bacarıqlarını artırılması olub.

Təlimdə  MHM-in şöbə müdiri İlqar Abdullayev elektron hökumətin formalaşdırılması, inkişaf mərhələləri və infrastrukturu haqqında danışıb.

İlqar Abdullayev eyni zamanda dövlət reyestri, açıq hökumət və elektron hökumətin inkişaf perspektivləri və bu istiqamətdə gənclərin rolu haqqında məlumat verib.

MHM-in şöbə müdiri Cəmşid Naxçıvanski elektron hökumət sisteminə qoşulmanın texniki-funksional sxemi, elektron xidmətlərin portala inteqrasiya olunması və Elektron hökumətin informasiya və şəbəkə təhlükəsizliyi sistemi haqqında çıxış edib.

Mərkəzin mütəxəssisi, Günay Hüseynova vətəndaşlar tərəfindən daha çox istifadə olunan elektron xidmətlər, elektron arayışlar barədə və bu arayışları tətbiq edən banklar barədə məlumat verib.

Növbəti sessiyada isə Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mayılov elektron imza infrastrukturu, ondan istifadə qaydaları, yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin rolu haqqında məlumat verib.

Seminarda  ekspertlər elektron hökumətin elektron xidmətləri ilə bağlı gəncləri maraqlandıran suallara cavab verib.
Gənclər universitetlərdə arayışların, eləcə də qiymət cədvəllərinin elektron şəkildə verilməsini təklif ediblər. Təlimin sonunda iştirakçıların hamısına pulsuz elektron imza sertifikatları hədiyyə olunub.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron hökumət və gənclər” seminarı keçirilib

29-09-2015

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

Elektron hökumət üzrə iki günlük kurs başladı

17-03-2015

“Elektron hökumət və gənclər” mövzusunda seminar keçirildi

07-04-2015

Elektron Hökumət portalının operatoru tələbələrlə görüşdü

05-05-2015

Tələbələrə “Elektron hökumət” portalı barədə məlumat verilib

09-04-2015

“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

10-04-2015

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015

Nazirliyin daha bir vəzifəli şəxsi işdən çıxarıldı

22-01-2016

E-xidmətlərdən istifadə edənlərin sayı artıb

05-07-2015

Televiziyada e-hökumətlə bağlı proqram başladı

04-11-2017

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015

Microsoft Azərbaycanla yeni əməkdaşlığa başladı

01-12-2016

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

Portalın mobil tətbiqi nə vaxt istifadəyə veriləcək?

07-09-2015

E-hökumət mövzusunda növbəti seminar keçirilib

06-07-2017

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017

Bu arayışlar elektron formada olacaq- Siyahı

31-01-2015

Regionlarda İKT ilə bağlı təlimlər keçirilir

04-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə