Previous Next
Bağla

Bu arayışlar elektron formada olacaq- Siyahı

31-01-2015 15:17
Bu arayışlar elektron formada olacaq- Siyahı

“Elektron Hökumət” portalı üzərindən təqdim olunan elektron arayışların sayı tezliklə artacaq”.

Bunu Xeberler.az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev bildirib.

Şöbə müdirinin sözlərinə görə, hazırda “Elektron hökumət” portalına 45 dövlət qurumu üzrə 405 e-xidmətin inteqrasiyası təmin edilib: “2013-cü ilin yanvarında 23 min 115 nəfər elektron xidmətlərdən yararlanmışdısa, 2015-ci ilin yanvarında bu rəqəm 1 milyon 137 min 975 nəfər olub. Vətəndaşlar tərəfindən elektron xidmәtlərә müraciət sayında 856 dəfə artım müşahidə olunub. Belə ki, elektron xidmәtlərә müraciət sayı 2013-cü ilin yanvarında 7 min 957 olubsa, 2014-cü ilin sonuna bu rəqəm 6 milyon 812 min 582 nəfər olub”.

İlqar Abdullayev qeyd edib ki, elektron imza “Elektron Hökumət”in açarı rolunu oynayır: “E-imza sertifikatları portala daxil olmaq üçün autentifikaasiya vasitəsi olmaqla bərabər, həm də sənədlərin imzalanmasında, bir çox e-xidmətlərdən istifadədə və ümumiyyətlə elektron sənəd dövtriyyəsində əvəzolunmaz yeganə vasitədir. Qeyd edək ki, MHM-in MSXM tərəfindən bu günədək vətəndaşlara, fiziki və hüquqi şəxslərə ~28 minədək elektron imza sertifikatları verilib”.

Şöbə müdirinin sözlərinə görə, vətəndaşlara daha çox lazım olan sosialyönümlü xidmətlərin elektronlaşması da həyata keçiriləcək: “Bu gün vətəndaşlar gündəlik həyatda sənədləşdirmə işləri üçün dövlət qurumlarından müxtəlif arayışların alınmasına böyük zaman sərf edirlər. Bunu nəzərə alaraq elektron hökumət portalında elektron arayışların alınması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Yalnız 2014-cü ilin dekabr ayı ərzində vətəndaşlarımız tərəfindən 40 minə yaxın elektron arayış formalaşdırılıb.
Arayışlar əsasən istehlak kreditlərinin alınması üçün istifadə olunub. Vətəndaşlardan daxil olan sorğular nəzərə alınaraq, "Elektron Hökumət" portalı üzərindən təqdim olunan elektron arayışların sayı tezliklə artacaq və belə arayışların sırasına, yaşayış yeri barədə elektron arayışın verilməsi, diplom barədə elektron arayışın verilməsi, rabitə xidmət borcları olmaması barədə elektron arayışın verilməsi, kommunal xidmət borcları olmaması barədə elektron arayışın verilməsi, abituriyentin ali məktəbə daxil olması barədə elektron arayışın verilməsi, sağlamlıq barədə tibbi elektron arayışın verilməsi, pensiya kapitalı barədə elektron arayışın verilməsi, vətəndaşın adına olan avtonəqliyyat vasitəsi barədə elektron arayışın verilməsi əlavə olunacaq”.

Mirvari Nəcəf

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 4 arayış elektron formaya keçirilir

27-04-2015

Banklar elektron arayışlardan istifadəni artırıb

16-01-2015

Elektron hökumət portalı üzərindən əldə olunan e-arayışların sayı 9 mini ötüb

11-07-2015

Yaşayış yeri haqqında elektron arayış alanların sayı artır

04-08-2015

Daha bir bank elektron arayış verə biləcək

03-12-2014

Kreditlər elektron arayışla veriləcək

29-12-2014

Daha bir arayış elektron formada veriləcək

28-08-2015

Daha bir bank elektron arayış sisteminə qoşuldu

18-06-2015

“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

04-11-2013

“Elektron xidmətlər: səmərəli idarəçilik və yeni nailiyyətlər” mövzusunda dəyirmi masa keçirilib

18-12-2014

Ən çox hansı e- arayışdan istifadə olunur?-Siyahı

01-08-2017

Vətəndaşlara fərdi məlumatları üzrə 6 mindən artıq elektron arayış verilib

13-04-2015

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

“Elektron-hökumət” portalının statistikası təqdim olundu

07-05-2015

TBC Kredit arayışların elektron formada qəbuluna başlayıb

07-01-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017

Hansı elektron arayış daha populyardır?

07-10-2015

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

E-xidmətlərdən istifadə edənlərin sayı artıb

05-07-2015

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

İndiyədək vətəndaşlara elektron qaydada verilmiş tibbi arayışların sayı açıqlanıb

17-09-2024

Elektron arayışlar nə üçün populyarlaşmır ?

12-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə