Previous Next
Bağla

107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

12-08-2015 13:20
107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidməti vasitəsilə 107 minə yaxın şəxsə iş yerinə dair e-arayış verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xəbərlər-ə verilən məlumata görə, ƏƏSMN-nin Elektron Hökumət portalı üzərindən təqdim etdiyi İş yerinə dair arayış elektron xidmətindən istifadə edən vətəndaşların sayı cari ilin yanvar ayı ilə müqayisədə 86 faiz artaraq iyul ayında 18547 nəfər təşkil edib.

Bu e-xidmət vətəndaşlara işəgötürənə müraciət etmədən, bunun üçün vaxt və əziyyət sərf etmədən ümumi təyinatlı və ya hər hansı bir konkret quruma təqdim etmək üçün qısa müddətdə iş yeri haqqında e-arayış əldə etməyə imkan verir. İş yerinə dair e-arayışda işəgötürən və işçi barədə məlumatlar, onlar arasında əmək müqaviləsinin bağlandığı tarix, həmin müqavilənin müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və s. məlumatlar əksini tapır. Arayış əmək haqqı göstərilməklə və ya göstərilmədən əldə edilə bilər. Vətəndaşlar aktiv əmək müqaviləsi əsasında iki və daha artıq iş yerində işlədikləri halda öz seçimləri əsasında bu və ya digər iş yerinə dair e-arayışı əldə etmək imkanına malikdirlər.

Eyni zamanda, e-arayışın təqdim edildiyi təşkilatlar sənəddə qeyd olunan ştrix-kod vasitəsilə E-hökumət portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edərək, e-arayışdakı məlumatların, o cümlədən əmək haqqı barədə göstərilənlərin düzgünlüyünü yoxlaya bilirlər. Bütün bunların nəticəsi kimi, iş yerinə dair kağız formasında arayışların elektron arayışlarla əvəzlənməsi prosesi getdikcə sürətlənir. Ötən ilin dekabrında istifadəyə verilən və həmin vaxtdan da əhalinin Elektron hökumət portalı üzərindən ən çox faydalandığı elektron xidmətlərdən biri olan “İş yerinə dair arayış” e-xidmətindən cari il avqustun 1-dək artıq 106942 dəfə istifadə edilib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İş yeri üçün elektron arayış alanların sayı artıb

14-09-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

15-07-2015

Nazirlikdən 47 min 546 nəfər elektron arayış alıb

27-04-2015

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017

11 mindən çox istifadəçi elektron arayış əldə edib

17-02-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb

08-08-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

20-05-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı artıb

11-11-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı artıb

12-12-2016

“İş yerinə dair arayış” e-xidmətindən 240 min dəfə istifadə edilib

18-02-2016

İş yerinə dair 270 minə yaxın elektron arayış verilib

06-04-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 30 faizdən çox artıb

09-06-2016

İş yerinə dair arayış e-xidmətindən istifadə sayı açıqlandı

09-08-2017

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

“İş yerinə dair arayış” e-xidmətinə müraciətlər 17,4 faiz artıb

06-09-2016

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 10 faiz artıb

30-01-2017

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

06-05-2017

Elektron arayışları necə əldə etmək olar?

06-10-2015

İş yerinə dair 670 min e- arayış alınıb

26-09-2017

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

İş yerinə dair 111 mindən çox e-arayış alınıb

12-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə