Avropa Parlamenti 1 aprel 2018-ci ildən etibarən Avropa İttifaqı (Aİ) ərazisində satılan bütün yeni avtomobillərin sinfindən və qiymətindən asılı olmayaraq mütləq şəkildə "eCall” təcili kömək çağırış sistemi ilə təchiz edilməsinə dair qərar qəbul edib.
Xəbərlər RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, sistemdən istifadə pulsuzdur, onun quraşdırılması isə 100 avroya başa gəlir.
“eCall” xidməti yol-nəqliyyat hadisəsi baş verdikdə və avtomobildə təhlükəsizlik yastıqları açıldıqda 112 vahid telefon nömrəsi üzrə xilasetmə xidmətinin avtomatik çağırılmasını nəzərdə tutan xüsusi proqram-aparat kompleksidir. Servis dispetçerə təkcə qəza yerini deyil, həm də hadisənin baş vermə vaxtı, maşının markası, onun istifadə etdiyi yanacaq növü və salonda olan insanların sayı barədə məlumat ötürür.
Parlamentarilərin fikrincə, avtomobillərin belə sistemlərlə təchiz edilməsi yol-nəqliyyat hadisəsi yerinə yardımın gəlməsi vaxtını 40-50 faiz qısaldacaq ki, bu da yollarda ölüm hallarını minimum 10 faiz azaldacaq. Bu isə ildə 2500 nəfərin həyatının xilas edilməsi deməkdir. Statistikaya əsasən, 2014-cü ildə Aİ-də 25 700-dən çox insan avtomobil qəzalarının qurbanı olub.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri