Previous Next
Bağla

Nəqliyyat sahəsində baş verənlər müzakirə olunub

27-01-2024 11:20
Nəqliyyat sahəsində baş verənlər müzakirə olunub

Bu gün "Müstəqil Nəqliyyatçılar Məsləhət və İnformasiya" İctimai Birliyinin yol hərəkəti təhlükəsizliyinə, ötən il Azərbaycanın nəqliyyat sistemində baş verənlərə və qarşıda duran məsələlərə həsr edilmiş mətbuat konfransı keçirilib.

 Xeberler.az xəbər verir ki, konfransda birliyin sədri hüquqşünas Ərşad Hüseynov və qurumun sədr müavini, nəqliyyat eksperti Elməddin Muradlı iştirak edib.

 Tədbirdə 2023-cü ildə baş verən hadisələrə diqqət yetirilib. Qeyd edilib ki, yol nəqliyyat hadisələrinin sayı azalsa da, ölüm və xəsarətlər çoxalıb. 2022-ci ildə 804 ölüm qeydə alınmışdısa ötən il bu rəqəm artıb.

 Konfransda həmçinin 2023-cü ildə Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının icra müddətinin başa çatması, piyadavurma hadisələri, piyadalar üçün infrastuktur genişləndirilməli və nəzarət tədbirləri, ictimai nəqliyyatın inkişafı, yollarda təhlükəsizlik elementləri barəsində, ölkəyə gətirilən avtomobillərin sayı, işğaldan azad olunan ərazilərdə nəqliyyat sistemi, Baş Planda nəzərdə tutulan layihələr kimi vacib məqamlarla bağlı media nümayəndələrinə məlumat verilib.

 Qurumun sədr müavini, nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ictimai nəqliyyatın inkişafı ilə bağlı bu il ciddi addımlar atılacaq:

“Yeni avtobuslar alınmaqla 400 avtobusun istismardan çıxarılması, avtobusların ümumi sayının 2600-ə çatdırılması lazımdır ki, bu da təxminən 1000 ədəd yeni avtobusun alınması deməkdir. Bunun üçün dövlət tərəfindən avtobusların alınması nəzərdə tutulur. Eyni zamanda, hesab edirik ki, sahibkarlar üçün də imkan yaradılmalıdır ki, onlar da avtobus parkını yeniləsinlər. Avtobus sürücülərinin sayı azalır, xaricə üz tuturlar. Onları ölkədə normal maaşla təmin etmək lazımdır ki, sürücü qıtlığı yaşanmasın. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sahədə layihəyə start verəcək”.

 Hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası” 2022-ci ildə Nazirlər Kabineti tərəfindən təsdiqlənib: “Orada da qeyd olunur ki, istənilən şəhərin Baş planından sonra həmin şəhərin mobillik planı da olmalıdır. Bu yaxınlarda Bakının Baş planı təsdiqlənsə də mobillik planı hələ yoxdur. Şəhərin nəqliyyat problemlərinin detalları mobillik planında göstərilir. Gözləyirəm ki, Bakı şəhərinin mobillik planı necə olacaq".

 Daha sonra isə jurnalistlərin sualları cavablandırılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şəhərdaxili hərəkət (mobillik) planının icrasına dair hesabat konfrans

22-12-2023

Bakıda nəqliyyatla bağlı beynəlxalq elmi konfrans keçirilib

07-12-2023

Mobillik sahəsində effektiv tənzimlənmə tətbiqvedilir

19-07-2024

AzTU-da 16 şəhərin hərəkət planı hazırlanıb

21-05-2024

Nağdsız ödəniş sisteminə qoşulan avtobusların sayı 2 minə çatdırılıb

10-01-2025

“Azərbaycanda mobilliyin transformasiyası proqramı” hazırlanıb

18-12-2023

Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək

15-02-2019

RİNN və AİB arasında anlaşma memorandumu imzalanıb

14-11-2024

Bakı şəhərinə ilk elektrik mühərrikli avtobus gətirilib-FOTO

19-04-2023

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015

2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib

10-10-2022

Nəqliyyatda mobillik həlli tətbiqi istifadəyə verilib

05-12-2025

Avtobus İnformasiya terminallarından 200-ü işləmir

30-10-2017

Bakıda avtobus marşrutlarını və körpülərin yerini kompüter təyin edəcək

14-11-2010

Avtobus və metroda sərnişindaşıma üzrə yeni tariflər təsdiqlənib

29-09-2025

Azərbaycan BƏƏ ilə elektrikli avtobusların alışını müzakirə edib

12-02-2026

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

14-04-2017

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

29-03-2024

Sürücüsüz avtobuslar istifadəyə verilib

18-07-2019

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı təsdiqlənib

27-02-2026

Dünyanın ilk sürücüsüz elektrik avtobusları

13-05-2016

Rəşad Nəbiyev “DP World” şirkətinin baş icraçı direktorunun müavini ilə görüşüb

04-08-2025

Azərbaycanda internetlə bağlı problemlər müzakirəyə çıxarılacaq

29-07-2021

Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı elektron portal istifadəyə verilib

03-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə