Previous Next
Bağla

Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

04-06-2015 13:05
Cisco: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”

2014-2019-cu illərdə İP şəbəkələrində ötürülən məlumatların ümumdünya həcmi iki dəfə artaraq rekord 2 zettabayta çatacaq.

Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, Cisco şirkəti nümayəndələrinin fikrincə, dünya İP trafikinin həcminin artmasına bir sıra amillər səbəb olacaq. Səbəblər kimi internet istifadəçilərinin sayının artması, genişzolaqlı internetin şəbəkəyə və “М2М” bağlantılara qoşulma sürətinin yüksəlməsi, eləcə də qabaqcıl videoservislərin yayılması göstərilir.

Qeyd olunan amillərin hamısı birlikdə internet trafikinin ortaillik həcminin 23 faiz artması ilə nəticələnəcək. Bu, son on ildə verilən bütün proqnozlarda maksimal artım olacaq. Ötən il analitiklər 2013-2018-ci illərdə bu göstəricinin 21 faiz olmasını proqnozlaşdırıblar.

“2016-cı ildə İP trafikin illik həcmi 1 zettabayt təşkil edəcək. Bu səviyyəyə nail olmaq üçün 1984-cü ildən bəri 32 il lazım olub. Proqnoza görə, artıq 2019-cu ilədək bu göstərici 2 zettabayta bərabər olacaq, - “Cisco” şirkətinin məhsulların marketinqi və servis provayderləri üçün həllər üzrə vitse-prezidenti Duq Yebster deyib.

Stasionar və mobil şəbəkələrin artması və genişlənməsi ilə əlaqədar olaraq insanlar internetdən daha çox istifadə etməyə başlayıb. 2014-cü ildə 2,8 milyard nəfər və ya Yer kürəsinin 7,2 milyard təşkil edən əhalisinin 39 faizi internet istifadəçisi olub. 2019-cu ildə internet istifadəçilərinin sayının 3,9 milyarda və ya 51 faizə (proqnoza görə, Yer kürəsi əhalisinin sayı 7,6 milyard nəfər təşkil edəcək) çatacağı gözlənilir. 

2014-cü ilin yekunları üzrə şəbəkəyə qoşulan qurğuların sayı 14 milyard olub. Beş ildən sonra bu sayın 24 milyardadək artacağı bildirilir. 2019-cu ilədək dünyada adambaşına 3,2 şəbəkə qurğu və bağlantısı (2014-cü ildə bu göstərici 2 olub) düşəcək.

“Cisco”nun proqnozuna görə, 2019-cu ildə planetdə stasionar genişzolaqlı internetin orta sürəti iki dəfə - 20,3 Mbit/saniyədən 42,5 Mbit/saniyəyədək artacaq. Stasionar genişzolaqlı internetin sürətinə görə dünya lideri Qərbi Avropa və Asiya-Sakit okean regionu olaraq qalır.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qlobal internet trafikinin həcmi 1 zettabayta yaxınlaşıb

Qlobal internet trafikinin həcmi 1 zettabayta yaxınlaşıb

12-02-2016
Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

Daşınan elektronika mobil trafikin artımına təsir edəcək

05-02-2015
Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

Dünya əhalisinin yarısından çoxu internetdən istifadə edə bilmir

22-09-2015
Facebook reklam bazarında üstünlüyü ələ alıb

Facebook reklam bazarında üstünlüyü ələ alıb

03-04-2015
Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

Dünyada hər 10 nəfərin 7-si smartfon sahibi olacaq

03-06-2015
Mobil trafikin həcmi 197 min petabayta çatacaq

Mobil trafikin həcmi 197 min petabayta çatacaq

20-05-2015
Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının  sayı 1,65 milyarda çatacaq

Rəqəmli televiziyaya qoşulan ev təsərrüfatlarının sayı 1,65 milyarda çatacaq

27-05-2015
“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

“Wi-Fi” şəbəkəsini dəstəkləyən qurğuların tədarükü 3,75 milyard ədədə çatacaq

18-04-2015
Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

Ödənişli TV abunəçilərinin sayı 900 milyona çatıb

22-06-2015
“LTE” abunəçilərinin sayı 1,4 milyard nəfərə çatacaq

“LTE” abunəçilərinin sayı 1,4 milyard nəfərə çatacaq

16-06-2015
Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

Mobil İnternet bazarının həcmi 3 dəfə artacaq

26-05-2015
2020-ci ilədək onlayn ödənişlərin həcmi neçə faiz artacaq?

2020-ci ilədək onlayn ödənişlərin həcmi neçə faiz artacaq?

16-06-2015
Wi-Fi bazarının həcmi iki dəfə artacaq

Wi-Fi bazarının həcmi iki dəfə artacaq

26-08-2015
Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

Mobil qurğu istifadəçilərinin sayı 5,5 milyardı ötəcək

20-07-2017
Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015
Dünyada internetin sürəti 14 faiz artıb

Dünyada internetin sürəti 14 faiz artıb

18-12-2015
Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

Ekspertlər 2015-ci il üçün İT bazarının əsas tendensiyalarını açıqladı

20-02-2015
Dünyada İT xərclərin  həcmi nə qədərdir?

Dünyada İT xərclərin həcmi nə qədərdir?

02-03-2017
Proqram təminatı bazarının həcmi artır

Proqram təminatı bazarının həcmi artır

01-09-2015
Dünya mobil məlumat ötürmənin həcmi 52 milyon terabaytadək artacaq

Dünya mobil məlumat ötürmənin həcmi 52 milyon terabaytadək artacaq

23-07-2015
İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

İnternetə qoşulan qurğuların sayı 8 milyardı ötüb

16-06-2016
Azərbaycanda mobil və sabit internetin sürəti yenidən artıb

Azərbaycanda mobil və sabit internetin sürəti yenidən artıb

18-08-2020
Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

Mobil internet şəbəkələrinə qoşulmaların sayı artıb

08-09-2015
Planşetlərin tədarükü azalacaq

Planşetlərin tədarükü azalacaq

27-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə