ƏƏSMN beynəlxalq müsabiqədə mükafata layiq görülüb

19-03-2025 / 12:23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xidmətlərin elektronlaşdırılması sahəsində uğurlu təcrübəsi “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsində münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Xeberler.az bildirir ki, bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Böyük Britaniyanın "iESE - The Public Sector Transformation Partner” beynəlxalq qurumunun təşkil etdiyi bu müsabiqədə nazirlik dövlət xidmətlərinin transformasiyasında əhəmiyyətli innovativ yeniliklərə görə 2025-ci il üzrə “Mükəmməllik Sertifikatı”na layiq görülüb.

Onu da qeyd edək ki, müsabiqədə müxtəlif ölkələrdən 60-dan çox dövlət qurumuna aid layihələrin və iş təcrübələrinin qiymətləndirilməsi aparılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə