“Əmək və Məşğulluq” altsistemi növbəti beynəlxalq müsabiqədə qalib seçilib

11-03-2025 / 12:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyanın “Global Banking & Finance Review” beynəlxalq qurumu tərəfindən mükafata layiq görülüb.

Xeberler.az bildirir ki, agentliyin “Əmək və məşğulluq” altsistemi (ƏMAS) qurum tərəfindən təşkil edilən "Global Banking & Finance Awards” müsabiqəsində “İnnovasiyada Mükəmməllik” kateqoriyası üzrə qalib seçilib. 

Bu mükafat altsistemin funksionallığı, aydın və izahlı istifadə metodları, innovativ tələblərə sürətli uyğunlaşması kimii meyarlara əsasən verilib.

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, İtaliya, Xorvatiya, Portuqaliya, Türkiyə və s. daxil olmaqla 100-ə yaxın ölkədən qurumlar, regional və beynəlxalq maliyyə korporasiyaları iştirak edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə