Energetika naziri Pərviz Şahbazovla “ExxonMobil” şirkətinin vitse-prezidenti John Ardill arasında görüş keçirilib.
Xeberler.az məlumat verir ki, görüşdə şirkətlə “Azəri-Çıraq-Günəşli” (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) layihələri üzrə uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, yeni əməkdaşlıq imkanları, həmçinin şirkətin qlobal təcrübəsi və planları ilə bağlı məsələlər nəzərdən keçirilib.
Vitse-prezident John Ardill metan emissiyalarının, əməliyyat xərclərinin azaldılması, hasilatın artırılmasını təmin edən müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən layihələr, eləcə də karbohidrogen sektorunda enerji təchizatının elektrikləşdirilməsi və hidrogenin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Nazir Pərviz Şahbazov isə Azərbaycanın enerji balansında neft, qaz, bərpaolunan enerjinin yer almasını təşviq edən enerji siyasəti, müxtəlif marşrutları əhatə edən yaşıl enerji dəhlizləri və bərpaolunan enerjinin elektrik enerjisinin istehsal gücündə 2030-cu ildə 35,5 faizə çatdırmağı hədəfləyən layihələrindən bəhs edib. Bildirilib ki, Xəzər dənizinin Azərbaycan seqmentindəki külək enerjisi potensialı Avropa ölkələrinin enerji ehtiyaclarını qarşılamaq üçün alternativ bir mənbə kimi təklif olunur. Bərpaolunan enerjinin daha da inkişaf etdirilməsi məqsədilə batareya sistemləri və saxlama texnologiyalarına diqqət yetirilir. Həmçinin hidroakkumulyasiya sistemləri üzərində işlər aparılır.
Söhbət zamanı müasir enerji reallıqları və enerji təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar barədə də fikir mübadiləsi aparılıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları