Previous Next
Bağla

ABŞ ildə insanabənzər robot istehsal edən zavod açacaq

19-03-2025 12:28
ABŞ ildə insanabənzər robot istehsal edən zavod açacaq

Amerikanın “Figure” şirkəti insanabənzər robotların özlərinə bənzər robotları yığacağı zavodu təqdim edib. Yeni müəssisə ildə 12 min vahid texnika istehsal etmək gücünə malikdir.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, istehsalat tamamilə humanoid maşınların yaradılmasına yönəlib və proses zamanla daha da avtomatlaşdırılacaq.

Zavodun ilk istehsal xətti birbaşa şirkət daxilində hazırlanıb. Bu yanaşma “Figure”ə keyfiyyətə nəzarət etmək, robotların yığılma prosesinin effektivliyini artırmaq və konstruksiyada operativ dəyişikliklər etmək imkanı verəcək.

İstehsalat sahəsi işlərin hər mərhələsinə nəzarəti təmin edin müasir rəqəmsal  sistemlərlə təchiz olunub. “Manufacturing Execution System” proqram təminatı bütün prosesləri real vaxt rejimində nəzarətdə saxlayır və əlaqələndirir. Əlavə olaraq, dizaynın yaradılmasından istismara qədər bütün mərhələlərə nəzarət etməyə kömək edən məhsulun həyat dövrünün idarə edilməsi sistemi də istifadə edilir. Resursların logistikası və planlaşdırılması üçün “Enterprise Resource Planning” (ERP) sistemi işə salınıb, xüsusi proqram təminatı isə anbarın fəaliyyətini optimizə edir.

“Figure” gələcəkdə robotların yeni qurğuların yığılımasında daha fəal iştirak edəcəyini planlaşdırır. Bu, avtomatlaşdırma səviyyəsini yüksəldəcək, məhsulun buraxılışını sürətləndirəcək və ümumilikdə rutin əməliyyatlarda insan əməyinə olan tələbatı azaldacaq. Şirkət artıq “Figure 02” prototipindən daha əlçatan və genişmiqyaslı olacaq “Figure 03" seriya modelinə keçid edir.

Yeni robotun konstruksiyası sadələşdirilib, detalların sayı minimuma endirilib və yığılma prosesi optimizə edilib. Ənənəvi “CNC” (rəqəmsal proqramla idarə olunan) dəzgahlarda emal əvəzinə daha sürətli və qənaətli metodlar olan tökmə qəlibləmə, ştamplama və metal emalından istifadə olunacaq. Bu yanaşma komponentlərin istehsal vaxtını bir neçə həftədən bir neçə saniyəyə endirir, lakin avadanlığa böyük sərmayə tələb edir.

Müəssisədə xüsusi ixtisaslaşmış briqadalar məhsulu test edir və onun davamlılığını və keyfiyyətini təhlil edirlər. İstehsal prosesinin səmərəliliyini artırmaq üçün şirkət avtomatlaşdırma sahəsində ekspertlər dəvət edib. Onların köməyi ilə istehsal zəncirinə yeni yığılma texnologiyaları tətbiq olunub, o cümlədən mühərriklərə avtomatlaşdırılmış yağlama və akkumulyatorun test edilməsi kimi proseslər həyata keçirilir.

Bundan əlavə, “Figure” süni intellekt əsaslı “Helix” proqram kompleksini hazırlayıb. O, bütün istehsalat dövründə iştirak edən robotları idarə edir. Bunun sayəsində ənənəvi konveyer sistemlərindən imtina edilərək detalların zavod daxilində avtomatik daşınması təmin olunur. Zamanla istehsalın daha çox mərhələsi insan müdaxiləsi olmadan həyata keçiriləcək və detallar sürətlə, minimal xərclə hazırlanacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Çin şirkəti 2026-cı ildə 20 minədək humanoid robot tədarük edəcək

18-02-2026

İlk yeməli robot hazırlanıb

10-10-2017

İnsan emosiyalarını anlayan robotların hamısı bir dəqiqəyə satılıb

20-06-2015

Metal detalların 3D çapı üçün zavod açılıb

15-04-2016

Çin istehsalı olan robot qaçış rekordu vurub

19-10-2024

Samsung-dan insanabənzər robot

27-02-2018

Amazon süni intellekt robotlarının iş yerlərində tətbiqinə başlayıb

12-05-2025

AzerGold QSC fəaliyyətini elektronlaşdırır

17-07-2018

Teslanın yeni zavodu ildə 500 min avtomobil istehsal edəcək

12-07-2018

Robot milyonçu olub

28-11-2017

Bu rezindən enerji əldə etmək mümkün olacaq

19-05-2015

İnsan və süni intellekt məhsulları arasında fərq qoyan sistem işə salınıb

17-07-2025

Koreyalılar seriyalı döyüş robotunu təqdim edib

20-12-2016

3D çapın ətraf mühitə müsbət və mənfi təsirləri müzakirə edilib

28-11-2024

Robotların marafon yarışı

28-02-2011

Robotlar insanlara məsləhət verəcək

12-04-2016

“Robotlar da insanlar kimi vergi ödəməlidir”

20-02-2017

Polşada “Robotlar gecəsi” keçirilib

25-05-2015

Motosiklet sürən robot- Motobot

02-11-2015

Məşhur robot vəsait toplayır-Səbəb

30-11-2017

“Apple” “Motorola”nı məhkəməyə verdi

02-11-2010

Uşaqlar üçün elektrik avtomobili satışa çıxarılıb

09-02-2017

Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək

18-09-2023

Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir

08-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə