ABŞ hökumət cihazlarında “DeepSeek”i qadağan edəcək

08-03-2025 / 09:30

ABŞ prezidenti Donald Trampın administrasiyası hökumət cihazlarında Çinin süni intellekt dəstəkli çatbotu olan “DeepSeek”ə girişi məhdudlaşdırmağı düşünür.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, ABŞ rəsmiləri “DeepSeek”in istifadəçilərin məxfiliyini təhlükə altına alaraq məlumatları emal etməsindən və saxlamasından narahatdırlar.

Bundan əlavə, administrasiya “DeepSeek”in ölkədəki fəaliyyətini məhdudlaşdırmağın başqa yollarını da araşdırır.

Qeyd edək ki, hazırda ABŞ hökumətində çatbotlardan istifadəyə qadağa yoxdur. Buna baxmayaraq bəzi idarələr öz işçilərinin “DeepSeek”ə girişini məhdudlaşdırıb.

 

 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə