Previous Next
Bağla

Ekspert: RİNN E-iştirakçılıq vəziyyətini düzəldə biləcəkmi?

25-02-2025 15:20
Ekspert: RİNN E-iştirakçılıq vəziyyətini düzəldə biləcəkmi?
"Elektron hökumət portalından görsənir ki, RİNN uzun müddət problemli olan bu vəziyyəti düzəltmək istəyir.
 
Baxıram ki, e-GOV Portalının operatoru İRİA-nın portalında yeni bir “E-iştirakçılıq” bölməsi də yaradıb.
 
Görünür ki, hökumət beynəlxalq hesabatlarda Azərbaycanın xeyli zəif göstəricilər əldə etdiyini nəzərə E-iştirakçılıqda vətəndaşların aktivliyini yüksəltmək istəyir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, portalda vətəndaş rəylərinin toplanması üçün də müraciət edilib:
 
"Bütün bunlar isə indiyədək bu sahədə olan bərbad vəziyyətin aradan qaldırılması baxımından təqdirəlayiq addımlardır.
 
Xatırladıram ki, BMT iki ildə bir dəfə elektron hökumətin inkişafı indeksinini açıqlayır.
E-iştirakçılıq da bu indeksin “Elektron xidmətlər” alt çoxluqlarından birisidir.
 
E-iştirakçılıq dedikdə əsasən, vətəndaşların dövlət idarəetməsində, qərarların qəbul edilməsində iştirakı, e-xidmətlər üçün vətəndaş rəylərinin və təkliflərinin öyrənilməsi, elektron məsləhətləşmə və e-iştirak üçün effektiv mexanizmlərin yaradılması, açıq məlumat bazalarına əlçatanlıq, ictimai iştirakçılıq, ictimai nəzarət proseslərində effektiv iştirak imkanları və s. nəzərdə tutulur.
 
Azərbaycan hər il məhz bu E-iştirakçılıq alt indeksərinin vəziyyəti baxımından mövqelərini xeyli itirib".
 
Osman Gündüzün sözlərinə görə, “E-iştirakçılıq” üzrə hətta elə bəndlər var ki, onların qiymətləndirilməsində Azərbaycan “0” bal alıb:
 
"Son 10 ildə Azərbaycanın təxminən 190 ölkə arasındakı E-iştirtakçılıq indeksi üzrə dinamikasını təqdim edirəm :
 
2024-cü il - 88-ci yer
2022-ci il - 98-ci yer
2020-ci il - 73-cü yer
2018-ci il - 79-cu yer
2016-cı il - 47-ci yer
2014-cü il - 77-ci yer
 
RİNN son iki ildə bütövlükdə elektron hökumət quruculuğundakı vəziyyəti 9 pillə, E-iştirakçılıqdakı vəziyyəti isə 10 pillə müsbətə doğru dəyişə bilib.
 
Lakin statistikadan görsənir E-iştirakçılıq hələ də “ən zəif bənd” olaraq qalır.
 
Vətəndaşların elektron iştirakçılığı 5 il öncəki vəziyyətdən 12 pillə, 2016-cı ildəki vəziyyətdən isə 41 pillə geridir.
 
Xatırladıram ki, bu sahədə vəziyyətin düzəldilməsinə yönəlik daha bir addım ötən ilin sonu atılıb".
 
Ekspert qeyd edib ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının nəzdində yeni bir işçi qrupu - “Rəqəmsal Hökumətin İnkişafı” İşçi Qrupu yaradılıb:
 
"Ötən ilin sonu qrupun ilk iclası da keçirilib, “Elektron Hökumətin İnkişafı İndeksi” reytinqinin gələcəkdə yaxşılaşdırılması əsas müzakirə predmeti olub.
 
Doğrudur, vətəndaşlara yönəlik bir qrupa vətəndaş cəmiyyətindən hələlik heç bir nümayəndə daxil etməsələr də ümumilikdə belə bir istiqamət üzrə işçi qrup forçmalaşdırmaq faydalı bir təşəbbüs olaraq dəyərləndirilə bilər.
 
Düşünürəm ki, E-iştirakçılıqda vəziyyəti düzəltmək bir nazirliyin, bir qurumun işi olmamalıdır, bütün maraqlı tərəflər səfərbər olmalıdır. Bununla bağlı ayrıca hüquqi -normativ aktların qəbulu da faydalı olardı.
 
myGov-da və digər rəqəmsal hökumət həllərində belə imkanlar nəzərdə tutulmalıdır".
 
Osman Gündüz bildirib ki, bəzən müşahidələr göstərir ki, hansısa bir fəaliyyətlə bağlı dövlət informasiya resursu formalaşdırılarkən vətəndaşların iştirakı, ictimai nəzarət imkanları nəzərdə tutulmur:
 
"Dövlət idarəetməsinin və qərarlar qəbul edilməsinin bütün sahələrində vətəndaşların iştirakı, rəy və təkliflər bildirməsi nəzərə alınmalıdır və bunun üçün rəqəmsal imkanlar yaradılmalıdır.
 
İstənilən bir hökumət datası formalaşdırılarkən vətəndaşların və biznesin ona əlçatanlığı təmin edilməlidir.
 
RİNN tərəfindən E-iştirakçılqıla bağlı atılan addımlar faydalıdır və ümid edirəm bu sahədə vətəndaşların rəqəmsal imkanları daha da genişləndiriləcək".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz: RİNN-in son 2 ildə apardığı "Rəqəmsal hökumət" siyasəti özünü doğruldubmu?

18-09-2024

Ekspert: Nə üçün geriləmişik?

03-10-2022

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

18-09-2024

Ekspert: Azərbaycan eGov sahəsində əvvəlki beynəlxalq reytinqlərini təkrarlaya bilmir

07-09-2020

Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023

Ekspert: Dövlət xidmətlərinin qiymətləndirilməsində qeyri-müəyyənlik var

24-02-2025

Elektron Hökumətin İnkişafı İndeksi üzrə fəaliyyət planı hazırlanıb

18-12-2024

Ekspert: Azərbaycan bir pillə geriləyib

22-02-2023

Azərbaycan dünya startap reytinqində 4 pillə irəliləyib , lakin hələ də region ölkələrindən xeyli geridədir.

31-05-2024

ASAN-ın mükafatı, Azərbaycanın startap ekosisteminin real vəziyyəti və gözləntilər haqqında

11-01-2024

Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına yüksəlib.

19-09-2024

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib

14-12-2017

Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 33 pillə irəliləyib

25-01-2023

Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır

12-07-2020

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025

“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

22-04-2025

Azərbaycan dünyada elektron hökumətin inkişafı üzrə irəliləyib

01-08-2016

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019

““ASAN xidmət” indeksi əsasında qiymətləndirmə mexanizmi hazırlanır”

08-08-2016

Ekspert: Qəbul edilən yeni sənədlər RİNN-nin sektorda rolunu gücləndirəcək

14-08-2025

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12-11-2019

“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda ictimai müzakirə keçiriləcək.

24-06-2014

MyGov sisteminin ilkin təqdimatı keçirilib

12-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə