“DOST Müfəttiş” layihəsi beynəlxalq müsabiqədə mükafata layiq görülüb

28-12-2024 / 20:10

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın “DOST Müfəttiş” layihəsi beynəlxalq müsabiqədə uğur qazanıb.

Xeberler.az məlumat verir ki, ABŞ-ın aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “Globee Business Awards” beynəlxalq müsabiqəsində layihənin işəgötürənlər üçün təmin etdiyi qiymətləndirmə dəstəyini münsiflər heyəti yüksək qiymətləndirib.

“DOST Müfəttiş” biznesin inkişafına innovativ töhfə verən layihə kimi qəbul edilərək müsabiqənin mükafatına layiq görülüb. Bununla da, “DOST Müfəttiş” layihəsi sayca üçüncü beynəlxalq mükafata layiq görülüb.

Müsabiqəyə ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və digər ölkələrdən 100-dən çox layihə təqdim edilib.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə