Previous Next
Bağla

Təşəbbüs bizdən olsa da, görünən odur ki, Qazaxıstan daha çox faydalanmaq istəyir - Osman Gündüz

19-03-2025 12:33
Təşəbbüs bizdən olsa da, görünən odur ki, Qazaxıstan daha çox faydalanmaq istəyir - Osman Gündüz
"TransXəzər sualtı fiber optik xətt layihəsi əslində Azərbaycanın təşəbbüsüdür.
2019-cu ildə AzerTelecom şirkəti bu təşəbbüsü irəli sürərək, Rəqəmsal İpək Yolunun tərkib hissəsi olan, Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistanı birləşdirəcək TransXəzər rabitə xəttinin çəkilməsinə start verib. Hökumətlərarası müqavilələr imzalanıb, sualtı xətti çəkəcək podratçılar müəyyənləşib və layihənin texniki hazırlıqları başa çatıb.
 
Yəni daha çox əziyyət və daha çox işlər Azərbaycan tərəfdən reallaşırdı. Qazaxıstan tərəfdə baş verənlər isə layihənin bir müddət ləngiməsinə də səbəb olmuşdu".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Osman Gündüz qeyd edib ki, lakin, bu gün görünən odur ki, Qazaxıstan bu layihədən daha çox bəhrələnmək üçün daha fəal addımlar atır:
 
"Məhz TransXəzər xəttinin potensialını nəzərə alaraq, Qazaxıstan nəhəng bir Data Mərkəzin inşası üçün böyük bir layihəyə start verib.
 
Sinqapurdan olan GK Hyperscale Ltd şirkəti ilə təxminən 1.4 milyard dollar investisiya razılaşması imzalanıb. Qazaxıstan bu Mərkəz hazır olanda Microsoft, Google, Amazon kimi qlobal texnoloji nəhəngləri, süni intellekt sahəsində çalışan qlobal şirkətləri ölkəsinə cəlb etməyi planlaşdırır.
 
Bu nəhəng rəqəm, 1.4 milyard dollar regionda rəqəmsal sektorda oxşarı olmayan bir investisiyadır".
 
Ekspert bildirib ki, belə böyükmiqyaslı layihə regionda nadir haldır və Qazaxıstanı regionun rəqəmsal mərkəzinə çevirməyi hədəfləyir. Layihənin birinci mərhələsi 2027-ci ildə, 2030-cu ildə isə tam istifadəyə veriləcək:
 
"Azərbaycan isə öz təşəbbüsü olan bu layihədə daha fəal ola bilərdi. TransXəzər xətti yalnız rabitə yolu deyil, həm də rəqəmsal iqtisadiyyatın və innovasiyaalrın inkişafı üçün böyük fürsətdir. Rəqəmsal infrastrukturun inkişafı və qlobal texnoloji şirkətlərin cəlb edilməsi bölgədəki rəqabət qabiliyyətini artırmaq üçün çox vacibdir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Biz artıq TransXəzərin reallaşması ərəfəsindəyik - Osman Gündüz

26-09-2025

Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişinə yatırılacaq investisiyaların həcmi açıqlanıb

18-06-2024

Transxəzər Fiber-Optik Kabel Xəttinin istifadəyə veriləcəyi vaxt açıqlanıb

09-04-2026

"Çoxdandır gözlənilən Transxəzər Fiber Optik Kabel Xətti Layihəsinə start verildi"

04-03-2025

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023

Ekspert: Transxəzər Fiber-Optik Kabel Xətti reallaşmaq üzrədir

12-06-2025

“Rəqəmsal İpək Yolu” layihəsinin icrası davam edir  

26-05-2022

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019

Tokayev: “2025-ci ildə Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişini başa çatdıracağıq”

02-09-2024

“Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində birgə müəssisə yaradılıb  

23-06-2022

Dörd ölkənin telekommunikasiya operatorları Əməkdaşlıq Memorandumu imzalayıb

13-10-2021

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020

Gələn il "Transxəzər Fiber-Optik Rabitə Xətti" işə salına bilər

26-12-2025

"AzerTelecom" və "Kazakhtelecom" Transxəzər Fiber-Optik Rabitə Xətti layihəsi çərçivəsində müqavilə imzalayıb

23-06-2023

Moskva və Astana Xəzərin dibi ilə fiber-optik rabitə xətti çəkəcək

31-10-2025

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019

Xəzər dənizinin dibi ilə fiber-optik kabelinin çəkilməsi sürətləndirilir

10-01-2023

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb

04-03-2025

"AzerTelecom" və "Kazakhtelecom" birgə müəssisə yaradıb

22-08-2023

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020

Yusif Cabbarov: “Rəqəmsal İpək Yolu”nun yeni mərhələsi Avropa və Asiyanı birləşdirəcək

14-03-2025

Transxəzər Fiber-Optik Kabel Xətti üzrə dəniz marşrutu tədqiqatına başlanılıb

06-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə