Previous Next
Bağla

Ekspert: “Mobil məhkəmə” yenidən qurulacaq

16-02-2022 19:23
Ekspert: “Mobil məhkəmə” yenidən qurulacaq
Bir neçə gün öncə Ədliyyə Nazirliyinin rəsmiləri ötən ilin ən uğurlu rəqəmsal həlli olan “Mobil notariat”-dan sonra “Mobil məhkəmə”nin də tamamilə yenidən qurulacağını bildirib.
 
Məlum olduğu kimi bu resurs 2019-cu ildən istifadəyə verilsə də yalnız informativ xarakterli bir tətbiq olmaqla istifadəçilər arasında elə də üstünlük qazana bilməyib. Funksionallığı da yoxdur.
 
Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, tam funksional mobil məhkəmə sistemi dünya ölkələri arasında da yeni yanaşma hesab olunur. Az sayda ölkələr var ki, bu tip sistemlərdən istifadə olunur. MDB-də yalnız Ukrayna və Qazaxıstanda bu tip oxşar resurslar yaradılıb.
 
"Ölkəmizdə “Elektron məhkəmə” sisteminin yaradılmasına Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı sərancam əsasında başlanılıb.
 
Sərəncam məhkəmə sistemində rəqəmsal transformasiyanı nəzərdə tuturdu. Ötən müddət ərzində “Elektron Məhkəmə” informasiya sistemi, Vahid Məhkəmə Portalı, digər bir çox infromasiya sistemləri və elektron resurslar formalaşdırılıb. İlkin dövrlərdə inteqrasiyada problemlər olduğundan “Elektron Məhkəmə” informasiya sisteminin tam funksional fəaliyyətində çətinliklər olurdu.
 
Lakin Prezident 1 iyun 2020-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzaladıqdan sonra digər dövlət informasiya sistemlərinin də “Elektron Məhkəmə”yə inteqrasiyası sürətlənib".
 
Osman Gündüzün sözlərinə görə, son zamanlar "Mobil notariat"ın da digər dövlət resurslarına inteqrasiyası onun faydalılığını xeyli artırıb. İndi demək olar ki, əksər dövlət qurumları mobil telefonda rəqəmsal formada olan etibarnamələri tanıyır.
 
"Həm mobil tətbiq və həm də “Elektron Məhkəmə” informasiya sistemi dövlət-özəl tərəfdaşlığı ilə BestComp şirkəti tərəfindən hazırlanıb. Ümumiyyətlə, diqqət yetirdikdə görsənir ki, hazırda mobil resursla yanaşı, Vahid Məhkəmə Portalının da təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bu resursun dizaynı xeyli köhnəlib, axtarış imkanları zəifdir, interfeysi və funksionallığı istifadəçi üçün rahat deyil".
 
Ekspert qeyd edib ki, Ədliyyə Nazirliyi “Mobil notariat”-da istifadəçilərin identifikasiya məsələsini və bir çox rəqəmsal problemləri tam həll edə bilib.
 
"Düşünürəm ki, bu praktikadan istifadə etməklə məhkəmə iştirakçılarının mobilliyini, məhkəmələrə uzaqdan qoşulmanı və mobil izlənilməni, mobil telefonla məhkəmə baxışlarında iştirakı, məhkəmələrə elektron qaydada iddia verilməsini və elektron sənəd mübadiləsini, məhkəmələrə əlçatanlığı tez bir zamanda, daha çevik və effektiv formada həll etmək mümkündür.
 
Fikrimcə mobil rəqəmsal həllər məhkəmə sistemində ictimai nəzarət imkanlarını daha effektiv reallaşdırmağa, ictimai əhəmiyyət kəsb edən statistikanı izləməyə, məhkəmə proseslərində daha çevik formada iştiraka da imkan yaradacaq".
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Ədliyyə və məhkəmə sistemində islahatlar və innovasiyaların tətbiqi" adlı təqdimat keçirilib

25-09-2021

Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

16-12-2022

“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19-04-2025

Jurnalistlər “Elektron məhkəmə”ə ilə bağlı İnam Kərimova müraciət edib

10-03-2025

Elektron məhkəmə sisteminin yaradılması nə zaman başa çatacaq ?

05-04-2019

Vahid Məhkəmə Portalının funksionallığına dair video hazırlanıb

13-12-2024

Məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 mini ötüb

20-05-2019

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

“Elektron məhkəmə” sistemi məhkəmə baxışlarının uzadılmasına imkan verməyəcək

02-09-2020

Vəkillər Kollegiyasının sədri: Ölkəmizdə elektron istintaq sisteminin tətbiqinin vaxtıdır

28-02-2024

Mediatorlar barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya olunub

25-11-2024

Toğrul Hüseynov: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

17-09-2024

Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub

02-12-2019

"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

04-11-2025

Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır - Ekspert

02-04-2025

““Elektron məhkəmə” sisteminin yaradılması şəffaflığı təmin edəcək”

05-11-2015

Ədliyyə və məhkəmə sahəsində innovasiyaların tətbiqi genişləndirilir

24-10-2022

İxtisaslaşmış Texnoloji Məhkəmə yaradılması vacibdirmi?

10-04-2019

Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

14-06-2018

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023

6 rabitə operatoru məhkəməyə verildi

20-07-2010

Azərbaycanda elektron məhkəmə yaradıla bilərmi?

21-08-2017

İlk İnternet-məhkəmə açılıb

18-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə