Previous Next
Bağla

Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

14-06-2018 12:47
Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

Ədliyyə Nazirliyi Elektron məhkəmə İşçi Qrupu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə kütləvi informasiya vasitələri nümayəndələrini, Elektron məhkəmə informasiya sisteminin tətbiqi və məhkəmə binalarına dair yeni standartlarla tanış edib.

Xeberler.az bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron məhkəmə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov, qrumun fəaliyyətini qiymətləndurərək deyib: "Azərbaycanın məhkəmə sisteminin tarixində ilk dəfə olaraq məhkəmə binalarına dair mütərəqqi standartlar yaradılaraq bu kompleksdə tətbiq olunub. Həmin qaydalardan biri kimi - binadaxilindəki zonalaşdırılma prinsipi (inzibati və ictimai zonalar) göstərilə bilər və bu yanaşma nəticəsində hakimlərin məhsuldarlığı 15% artıb və onların vətəndaşlarla qeyri-prosessual münasibətləri məhdudlaşdırılıb. Bununla yanaşı, bir necə məhkəmə və ədliyyə qurumunun bir binada yerləşdirilməsi tikintiyə qoyulan sərmayələrin qənaətinə və sonradan bu binaların saxlanılmasına xərclənəcək vəsaitlərin azalmasına səbəb olub."

Qeyd edək ki, müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır.

Həmçinin məhkəmə kompleksində Elektron məhkəmənin tətbiqi üçün bütün zəruri infrastruktur yaradılıb, məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazıları aparan AZ-Femida sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb, həbsdə olan təqsirləndirilən şəxslər üçün zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqlar qurulub, onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq vasitələr yaradılib, habelə məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılıb.

Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən Elektron məhkəmə vahid veb portalı, proses iştirakçılarının Şəxsi kabineti, məhkəmə rüsumlarının elektron ödəmə sistemi və vahid reyestri, məhkəmə qərarlarının vahid bazası, hakimlərin elektron imzası, məhkəmə işlərinin elektron idarəetmə sistemi, məhkəmə qərarlarının elektron icra sistemi, məhkəmə işlərinin hakimlər arasında avtomatlaşdırılan qaydada bölgüsünə dair sistem, Elektron əmr icraatı sistemi yaradılaraq istifadəyə verilib.

Nəticə etibarilə 01 sentyabr 2017-ci il tarixindən bu günədək Elektron əmr icraatı sistemi vasitəsilə təkcə Sabunçu Rayon Məhkəməsinə elektron (kağızsız) qaydada müxtəlif banklar, kredit təşkilatları, mobil operatorlar və digər şəxslərdən Elektron kabinet vasitəsilə 4.000-nə yaxın e-iddia ərizəsi daxil olmuşdur. Bununla yanaşı, məhkəmə ilə icra qurumları arasında tamamilə kağızsız mübadilə təmin olunub.

Qeyd edək ki, sözü gedən qrum Azərbaycanda fiziki və hüquqi şəxslərin məhkəmələrə əlçatanlığını asanlaşdırmaq, sistem daxilində şəffaflığın artırılmasını təmin etmək, məhkəmə proseslərini sürətləndirmək, mülki işlərə baxan hakimlərin iş yükünün əhəmiyyətli dərəcədə azaltmaq üçün işlər görür.

Görülən işlər çərçivəsində yeni yaradılan 1,3 milyon əhaliyə xidmət göstərən Sabunçu Məhkəmə Kompleksi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 21 oktyabr 2015-ci il tarixində açılıb. Kompleksdə 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsi və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi, habelə Sabunçu rayon İcra və probasiya şöbəsi fəaliyyət göstərir. Binada 21 hakim, 30 icra məmuru və 100-dən çox məhkəmə aparatı işçiləri üçün iş şəraiti qurulub.

Həmçinin yeni məhkəmə binalarında gözdən və ya fiziki cəhətdən əlil olan vətəndaşların sərbəst hərəkəti üçün bütün şərait yaradılıb, o cümlədən döşəmədə xüsusi örtük salınıb, ictimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə xüsusi yazılar həkk olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

Jurnalistlər “Elektron məhkəmə”ə ilə bağlı İnam Kərimova müraciət edib

10-03-2025

“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19-04-2025

Vahid Məhkəmə Portalının funksionallığına dair video hazırlanıb

13-12-2024

Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

16-12-2022

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

20-02-2026

Toğrul Hüseynov: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

17-09-2024

Mediatorlar barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya olunub

25-11-2024

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14-02-2014

İlk İnternet-məhkəmə açılıb

18-08-2017

Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub

02-12-2019

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023

Məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 mini ötüb

20-05-2019

"Məhkəmə Ekspertizası" informasiya sistemi yaradılır

04-11-2025

Alternativ icra mexanizmləri ilə bağlı beynəlxalq təcrübə öyrənilir

15-04-2019

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

İslahat İcmalı elektron məhkəmə islahatlarına həsr olunub

13-02-2019

Anonimləşdirilmiş məhkəmə qərarları Vahid Məhkəmə Portalına yerləşdirilib

28-04-2025

Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası müzakirə olunub

06-06-2018

Azərbaycanda elektron məhkəmə yaradıla bilərmi?

21-08-2017

“E-justice” platforması yaradılır

02-04-2024

Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

23-01-2019

"Ədliyyə və məhkəmə sistemində islahatlar və innovasiyaların tətbiqi" adlı təqdimat keçirilib

25-09-2021

96 məhkəmə orqanı ASAN ödəniş sisteminə inteqrasiya edilib

12-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə