Previous Next
Bağla

Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır - Ekspert

02-04-2025 08:09
Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır - Ekspert
"Ali Məhkəmə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı ilə məhkəmə sistemində tətbiqi nəzərdə tutulan süni intellekt həllinin yaradılması başa çatmaq üzrədir".
 
Xeberler.az məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, bu sistem vətəndaşlara məhkəməyə müraciət etməzdən əvvəl oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini təhlil etməyə, mübahisəyə dair məhkəmələrin hüquqi mövqeyini öyrənməyə və mümkün nəticələri əvvəlcədən görməyə imkan verəcək:
 
"Eyni zamanda bu texnologiya hakimlərin, məhkəmə aparatının və vəkillərin iş yükünün azaldılmasına və qərarların daha obyektiv verilməsinə dəstək olacaq.
 
Yəni görünən odur ki, süni intellekt qərar verməyəcək, daha doğru qərarlar qəbul etməyə kömək olacaq, düzgün qərara gedən yolda dəqiq təhlil və əlavə dəstək rolu oynayacaq".
 
Osman Gündüz düşünür ki, dünyanın bir çox ölkələrində tətbiq edilən belə bir rəqəmsal alətin ölkəmizdə istifadəsi də əhəmiyyətlidir:
 
"Bu cür süni intellekt həlli şübhəsiz ki, vətəndaşların işlərini, məhkəmələrə çıxış imkanlarını daha da rahatlaşdıracaq, oxşar və təkrar işlərin məhkəmə baxışının daha effektiv və şəffaf formada reallaşmasına kömək olacaq.
 
Bu cür sistemlərin Azərbaycanda da istifadəyə verilməsi düşünürəm ki, məhkəmə-hüquq sistemimizin modernləşməsi və rəqəmsal transformasiyası baxımından ciddi irəliləyişdir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

20-02-2026

Süni intellekt ilə Qazaxıstanda 665 min məhkəmə işinə baxılıb

22-01-2025

Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

16-12-2022

İxtisaslaşmış Texnoloji Məhkəmə yaradılması vacibdirmi?

10-04-2019

Məhkəmə qərarlarının bir hissəsini robotlar verməyə başlayıb

06-05-2019

Jurnalistlər “Elektron məhkəmə”ə ilə bağlı İnam Kərimova müraciət edib

10-03-2025

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019

Elektron məhkəmə sisteminin yaradılması nə zaman başa çatacaq ?

05-04-2019

Vahid Məhkəmə Portalının funksionallığına dair video hazırlanıb

13-12-2024

Ekspert: “Mobil məhkəmə” yenidən qurulacaq

16-02-2022

Hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir ?

13-02-2024

Kərəm Mansurov: "Elektron məhkəmə" vahid ekosistem kimi qurulmalıdır

20-02-2026

"Ədliyyə və məhkəmə sistemində islahatlar və innovasiyaların tətbiqi" adlı təqdimat keçirilib

25-09-2021

Toğrul Hüseynov: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

17-09-2024

Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

23-01-2019

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

Vahid “Məhkəmə Çağrı Mərkəzi” istifadəyə verilib

18-12-2024

Süni intellekt hüquqşünas vəzifəsini icra edəcək

13-05-2016

ATƏT nümayəndələrinə Azərbaycanda həyata keçirilən İKT layihələrindən danışılıb

06-03-2013

İlk İnternet-məhkəmə açılıb

18-08-2017

Azərbaycanda elektron məhkəmə yaradıla bilərmi?

21-08-2017

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

Prezident İlham Əliyev yeni fərman imzalayıb

04-04-2019

Məhkəmə qərarı olmadan internet resursları bloklanmaya bilər

13-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə