Previous Next
Bağla

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019 21:11
Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub
Bu gün Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri” mövzusunda ictimai təqdimat keçirilib.
 
Xeberler.az  bildirir ki, tədbirdə nazirliyin rəhbərliyi, Prezident Administrasiyasının məsul nümayəndələri, Milli Məclisin deputatları, hakimlər, dövlət ittihamçıları və vəkillər, ictimai xadimlər, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və vətəndaş cəmiyyətinin digər təmsilçiləri, çoxsaylı KİV rəhbərləri, bloqqerlər, alimlər və tələbələr iştirak ediblər.

Ədliyə nazirinin müavini Azər Cəfərov çıxışında "Elektron məhkəmə" sistemi haqqında ətraflı məlumat verib. Bildirib ki, bu sistem məhkəmələrin 61 faizində tətbiq olunur. 

Qeyd olunub ki, dövlət başçısının 2014-cü il 13 fevral tarixli sərəncamında “Elektron məhkəmə” informasiya sisteminin yaradılması əksini tapıb. Onun sözlərinə görə, hazırda elektron informasiya sistemi Naxçıvan da əhatə olunmaqla ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində tətbiq olunur: “Bu sistem məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir”.

Nazir müavini vurğulayıb ki, Azərbaycanda “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə görülən işlər çərçivəsində sistemin mühüm komponentləri olan məhkəmələrin vahid internet portalı, elektron şəxsi kabinet, məhkəmə qərarlarının vahid bazası, elektron icra sistemi yaradılıb.

Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi üzrə işçi qrupunun rəhbəri, hakim Ramin Qurbanov isə bildirib ki, Məhkəmə-hüquq sistemində 2008-2018-ci illərdə əldə olunan əsas nəticələr və nailiyyətlərdən biri "Elektron məhkəmə" sisteminin qurulmasıdır. 

O, "Elektron məhkəmə" və "Elektron icra" sisteminin qurulmasında əsas amillər kimi aşağıdakıları qeyd edib: 

-Müasir proqram təminatının hazırlanması 
-Müvafiq qanunvericilik aktlarının mövcudluğu 
-İstifadəçilərin fəallığı və təlimlərin keçirilməsi 
-Dövlət qurumlarının elektron məlumat mübadiləsinə hazır olması və inteqrasiya 
- Ölkə üzrə vahid şəbəkə infrastrukturunun qurulması. 


Hakim əlavə ki, kağızsız əməliyyatların çoxalması eyni zamanda hakimlərin və məhkəmə işçilərinin də iş yükünü azaldıb. Onun sözlərinə görə, süni intellektin köməyi ilə bir çox yeniliklərə imza atılıb. 

Təqdimat çıxışlarla davam edib.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

04-06-2023

Toğrul Hüseynov: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

17-09-2024

Elektron məhkəmənin fəaliyyəti ilə tanışlıq keçirilib

14-06-2018

Jurnalistlər “Elektron məhkəmə”ə ilə bağlı İnam Kərimova müraciət edib

10-03-2025

“Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

19-04-2025

Azərbaycanda süni intellekt əsasında Vahid Məhkəmə Sistemi yaradılır

16-12-2022

Vəkillər Kollegiyasının sədri: Ölkəmizdə elektron istintaq sisteminin tətbiqinin vaxtıdır

28-02-2024

Alternativ icra mexanizmləri ilə bağlı beynəlxalq təcrübə öyrənilir

15-04-2019

"Ədliyyə və məhkəmə sistemində islahatlar və innovasiyaların tətbiqi" adlı təqdimat keçirilib

25-09-2021

Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası müzakirə olunub

06-06-2018

Vəkillər Elektron Məhkəmə İnformasiya Sistemi ilə bağlı təlimlərə cəlb olunurlar

23-01-2019

“Məhkəməyə elektron müraciət və sahibkarlara açılan imkanlar” mövzusunda onlayn müzakirə keçirilib

11-09-2020

Azərbaycanda ilk dəfə Elektron Məhkəmənin mobil versiyası təqdim olunub

02-12-2019

Məhkəmələrə elektron qaydada müraciətlərin sayı 3 mini ötüb

20-05-2019

Mediatorlar barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya olunub

25-11-2024

“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

14-02-2014

Kərəm Mansurov: "Elektron məhkəmə" vahid ekosistem kimi qurulmalıdır

20-02-2026

Ekspert Elektron Məhkəmə sistemindən danışdı

01-05-2019

Elektron məhkəmə sisteminin yaradılması nə zaman başa çatacaq ?

05-04-2019

Bu nazirliklər elektron məhkəmə sisteminə inteqrasiya olunacaq

30-09-2019

Məhkəmə sistemində süni intellektin tətbiq olunacağı sahələr açıqlanıb

20-02-2026

Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar mövzusunda təqdimat keçirilib

20-11-2019

Elektron məhkəmə informasiya sistemində son dəyişikliklər təqdim olunub

17-04-2019

“Elektron məhkəmə” sistemi məhkəmə baxışlarının uzadılmasına imkan verməyəcək

02-09-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə