Ekspert: Azərbaycandan Google şirkətinə istifadəçilərlə bağlı sorğu daxil olmayıb

01-10-2021 / 13:57
"Ötən il Azərbaycandan Google şirkətinə istifadəçilərlə bağlı hər hansı sorğu daxil olmayıb".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, Google növbəti dəfə “Şəffaflıq hesabatı”nı açıqalyıb. Hesabat 2020, İyul-Dekabr dövrünü əhatə edir.
 
"Google hər il bu tip Hesabatlarda hansı ölkənin nə qədər istifadəçi məlumatları sorğuladığını, sorğuların neçəsinin cavablandığını dərc edir. Hökumətlər adətən ya milli təhlükəsizlik məqsədilə, yaxud da hansısa inzibati, cinayət və mülki işlərlə bağlı təhqiqatlar apararkən Google-dən onun müxtəlif servislərindən, Gmail, YouTube və s. istifadə edən şəxslərin məlumatlarını istəyir.
 
Ciddi əsaslandırmalar olarsa, Google, məsələn Gmail ilə bağlı istifadəçinin haradan daxil olmasını bildirən İP ünvan, məktubların məzmunu və s . məlumatları hökumətlərə təqdim edə bilər".
 
Osman Gündüz bildirib ki, bu dəfə də Azərbaycan hökuməti tərəfindən bu tip məlumatların sorğulanmadığı qeyd edilib.
 
"Yəni, Azərbaycan hökumət qurumları Google-dən heç bir yerli və ya xarici Google istifadəçisi haqqında məlumatı istəməyiblər.
 
Xatırlayıram ki, sonuncu dəfə Azərbaycan hökumətindən Google şirkətinə yalnız 2018-ci ildə cəmi 1 sorğu daxil olmuşdu. Hesabat dövründə digər ölkələrdən, məsələn, Ukraynanın hökumət qurumlarından 31, Gürcüstandan 9, Qazaxstandan 2, Rusiyadan 500, Polşadan 2878, Türkiyədən 600, ABŞ-dan 50 mindən çox bu tip müraciətlər daxil olub.
 
Hesabata nəzər salanda görmək olar ki, Google hökumətlərdən daxil olan sorğuların adətən 60 - 75% -ni cavablandırır.
 
Yeri gəlmişkən, adətən Google və digər qlobal şirkətlərdə müxtəlif ölkələrdən daxil olan bu tip sorğulara qarşı zaman-zaman ikili standartlar da tətbiq olunur".
 
 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə