Google istifadəçilərə ünvanlarını dəyişmək imkanı verib

25-12-2025 / 21:16

Google şirkəti istifadəçilərə mövcud @gmail.com ünvanlarını dəyişmək imkanı yaradıb. Əvvəllər bu imkan yalnız Google hesabına kənar elektron poçt ünvanı bağlayanlar üçün əlçatan idi, Gmail istifadəçiləri isə seçdikləri addan daimi istifadə etməyə məcbur qalırdılar. Şirkətin yardım səhifəsində yer alan məlumata görə, bu funksiya hazırda tədricən bütün dünyada aktivləşdirilir.

Xeberler.az bildirir ki, yeni qaydalara əsasən istifadəçilər köhnə və ya artıq istifadə etmək istəmədikləri poçt adlarını bütün məlumatları itirmədən yenisi ilə əvəz edə biləcəklər. Əsas üstünlük ondan ibarətdir ki, köhnə ünvan silinmir və yeni ünvanın bir növ ləqəbi kimi saxlanılır. Bu isə o deməkdir ki, köhnə ünvana göndərilən məktublar yenə də eyni gələnlər qutusuna daxil olacaq və istifadəçi hər iki ünvanla hesabına daxil ola biləcək.

Qeyd edək ki, Google bu dəyişikliyi 12 ay ərzində yalnız bir dəfə etməyə icazə verir. Dəyişiklik zamanı Google Disk, Fotolar və digər xidmətlərdəki bütün fayllar və tətbiq dataları tamamilə toxunulmaz qalır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə