Previous Next
Bağla

Ekspert: BNA Google ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

21-08-2022 14:06
Ekspert: BNA Google ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

TFB ilə Google əməkdaşlığı da davam edir

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

“Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarının Google Maps ilə   paylaşımındakı problemlə bağlı bir müddət öncə yazmışdım. Avtobusların hərəkəti ilə bağlı BNA məlumatlarını əldə edib Google ilə bölüşən Transit For Baku qurumu son zamanlar bu məlumatları əldə etməkdə çətinlik çəkdiyini bildirmişdi. Problem ciddiləşdiyindən Google bu məlumatları Google Maps-dən yığışdırmışdı.

İndi görünür ki, Google Maps artıq Azərbaycanla bağlı bu tip məlumatları yeniləyib. Bu resursdan görünür ki, Google artıq məlumatları birbaşa BNA-dan alır, BNA -nın rəsmi saytına və telefon nömrəsinə istinad olunur. Yəni, bu o anlama gəlir ki, BNA artıq rəsmi olaraq Google Transit Partner olub. Bir müddət öncə yazdığım aşağıdakı statusda qeyd etmişdim ki, problemin mümkün həlli yollarından biri də elə bu görünürdü.

Amma dərhal da qeyd etmək istərdim ki, BNA Google üçün təqdim etdiyi bu məlumatları emal oluna biləcək səviyyədə, açıq məlumat formasında da paylaşmalıdır ki, maraqlı tərəflər ondan istifadə edə bilsin. Yeri gəlmişkən, indiyədək bu xidməti reallaşdıran (buna görə o komandaya da təşəkkür düşür), məlumatları Google Maps-a təqdim edən TFB qurumu da, görünür ki əməkdaşlığı davam etdirəcəklər.

Belə ki, Google Maps-də digər ictimai nəqliyyat növü üzrə - metro ilə bağlı məlumatları sorğuladıqda mənbə olaraq BNA ilə bərabər TFB şirkətinin də adı görünür. Bu o deməkdir ki, metro məlumatlarını Google TFB dən almaqda davam edir.

Beləliklə :

Avtobus marşrutları ilə bağlı məlumatı Google bundan sonra BNA-dan əldə edəcək.

Metro məlumatlarını isə TFB qurumu Google Maps-a təqdim etməyi dayandıranadək, Metropoliten və ya BNA bu məlumatlara da iddia etməyənədək TFB ilə Google əməkdaşlığı da davam edəcək”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022

Google uşaqlar üçün xəritə hazırlayır

12-08-2015

“Google maps” Naxçıvanı Azərbaycan ərazisi kimi göstərməyib

28-08-2009

“Google maps”də Azərbaycanın Xocavənd rayonu Martuni kimi göstərilir

07-03-2009

Azərbaycan Google Maps-da

27-05-2009

Silverlight dəstəkli Bing Maps istifadəyə verildi

08-12-2009

Google və Youtube-dan ən önəmli yenilik

03-06-2015

Google Maps-ə yeni rəqib gəlir

27-04-2011

Google sizin haqqınızda nələri bilir?

09-04-2016

Google Maps-in dizaynı dəyişir

26-07-2016

Google Çin bazarından çıxdı!

26-03-2010

"Google Maps" sürücüləri ekoloji təmiz marşrut üzrə hərəkət etməyə yönəldəcək

30-03-2021

"Google Maps" ölkələr üzrə koronavirusa yoluxma statistikası xidmətini istifadəyə verib

28-09-2020

Huawei şirkəti Google Maps-ə əvəzləyici tapıb

21-01-2020

Google-dan yeni xidmət

15-11-2015

Azərbaycanlılar Google-da nə edirlər?

04-07-2011

Google veb ünvanını dəyişdi

01-04-2015

Dostlarınızı Facebook-dan Google+-a köçürün

04-07-2011

Google-nin yeni xidməti - Google Social Search

30-10-2009

Google telefon istehsal edəcək

26-10-2009

Apple 10-dan çox ölkənin küçələrini gəzdi

02-05-2018

iPhone üçün yeni Google Earth proqramı çıxır

24-11-2009

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bütün məlumatı onlayn izləmək olar

14-04-2017

Google istifadəçiləri dinlədiyini etiraf edib

12-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə