Previous Next
Bağla

Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama

05-10-2021 21:07
Sosial şəbəkələrin çökməsindən hansı nəticələri çıxarmaq olar? - Ekspertdən açıqlama
"Dünən baş verən qlobal rəqəmsal çöküşdən sonra məlum oldu ki, bu tip qlobal resurslar artıq yetərincə rəqabətsiz və alternativsiz mühit formalaşdırıblar. Bu cür mühit də dünya iqtisadiyyatı, ölkələr və cəmiyyətlər üçün ciddi təhdidlər yaratmağa başlayıb".
 
Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, yalnız Facebook, İnstagram və Whatsapp deyil, Google, Apple, Amazon və s bu kimi qlobal resurslar rəqəmsal bazara daxil olan digər resursları alaraq, özlərinə qatmaqla nəhəg şirkətlərə çevrilir və dünənki baş verənlər də onu göpstərdi ki, bu cür təmərküzləşmə artıq ciddi təhlükələr yaradır.
 
Bu tip təhlükələr, çağırışlar yeni deyil. Əvvəllər də bir sıra ölkələr, xüsusilə də ABŞ bu cür təhlükələrin aradan qaldırılması üçün uzun-uzadı araşdrımalar aparıb, Hesabatlar hazırlayıblar.
 
"Xatırlayıram ki, sonuncu, 2020-ci ildə bu tip problemlə bağlı ABŞ Konqresi 500 səhifəlik bir Hesabat hazırlamışdı.
 
Düşünürəm ki, adı çəkilən Hesabatlarda və araşdrımalarda qeyd olunduğu kimi Facebook, Google, Amazon, Tvitter, Apple və s bu tip qlobal şirkətlərin ayrı-ayrı qurumlara parçalanması istiqamətində addımların atılması doğru olardı.
 
Yəni, bu tip qurumlar üçün bazar payı ilə bağlı rəqəmlər müəyyən olunmalıdır, məsələn, WhatsApp və İnstagram Facebook-dan ayrılmalı, Youtube Google-dən ayrılmalı və s.
 
Bu tip qurumlara rəqəmsal bazara daxil olan digər yeni, oxşar qurumları almaq, necə deyərlər özlərinə qatmaq qadağan olunmalıdır. Onlar yeni qurumları alaraq bazarda alternativsiz, inhisarçı mühit formalaşdırır, inkişafa mane olurlar. Rəqabətli və alternativli mühit formalaşdıran, inhisarçılığın qarşısnı alan şərtlər hazırlanmalıdır".
 
Osman Gündüz bildirib ki, qlobal sosial media qurumlarının səlahiyyətlərini məhdudlaşdıran, konkret səlahiyyət çərçivəsi müəyyən edən, ikili standartları aradan qaldıran tənzimləmələr tətbiq edilməlidir.
 
"Ötən gün baş verən verən çökmə həm də onu göstərdi ki, lokal, yerli rəqəmsal bizneslər daha ehtiyatlı olmalı, ehtiyat variantlar hazırlanmalı, rəqəmsal biznesdə risklər qabaqcadan nəzərə alınaraq addımlar atılmalıdır
 
İnformasiya münasibətlərinin və biznesin bir neçə sosial media üzərində olması, bir neçə sosial media resurslarına inteqrasiya, qabaqcadan təhlükəszilik tədbirlərinin görülməsi, təhlükəsizlik üçün investisiyaların qabacadan ayrılması daha doğru addım olardı".
 
Son olaraq sosial mediadan asılılıq məsələsinə toxunan ekspert bildirib ki, istənilən asılılıq artıq xəstəlikdir. Elə etmək lazımdır ki, sosial media resurslarından istifadə asılılıq səviyyəsinə gəlib çıxmasın. Xüsusilə də valideynlər uşaqları bununla bağlı diqqətdə saxlamalıdırlar.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Facebook” və “Twitter” azərbaycandilli istifadəçiləri niyə bloklayır?

12-10-2020

Ekspert: Baş Prokurorluq son zamanlar medianı xüsusi diqqətdə saxlayır

10-08-2022

WhatsApp, Skype-a qoyulan blok niyə aradan qaldırılmır?

23-05-2017

Ekspert: Media qurumları WhatsApp-la bağlı məsələni ifrat dərəcədə şişirdirlər

11-01-2021

Qlobal fırtına, yerli dayanıqlıq: strukturlar doğru strategiya seçib - Ekspert

18-11-2025

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017

Ölkədə WhatsApp və Skype-ı hansı qurumlar bloklayır?

17-05-2017

Qlobal ödəniş sistemlərinin Azərbaycanda tətbiqi niyə ləngiyir?

21-12-2019

“Skype, Facebook, WhatsApp kimi resurslara qarşı sertifikatlaşma tələbi düzgün yanaşma deyil”

31-08-2015

Seçkilər ərəfəsində sosial media məhdudlaşdırıla bilərmi?

28-03-2018

Milli informasiya resursları ələ keçirilib

03-03-2023

Ekspert:görəsən FHN, yaxud da ETSN meşə yanğınları baş verən əraziləri real vaxtda izləyə bilirlərmi ?

19-08-2022

Osman Gündüz: İndiki zamanda “Sosial media haqqında” qanuna ehtiyac varmı?

14-02-2022

Adi bir məktəbli zarafatı yoxsa təxribat?

09-03-2020

Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

Ekspert SOCAR-la bağlı yaradılacaq rəqəmsal portaldan danışdı

09-04-2019

ABŞ prezidentlərindən daha güclü olan dünya gücü - sosial media

09-01-2021

Ekspert: Qlobal xəritələrdə işğaldan azad olan ərazilərin adları necə yenilənməlidir ?

30-10-2020

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022

Ekspert: Metrix güvənli olacaqmı və doğurdanmı ölkədə ilkdir ?

02-05-2022

Ekspertlər nə düşünür: sosial media lisenziyalaşdırıla bilərmi?

07-08-2015

AİF Azərbaycan internetində yaranan problemlə bağlı açıqlama yaydı

17-11-2015

AİF İT mütəxəssislərə və internet istifadəçilərinə müraciət edib

05-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə