Previous Next
Bağla

Ekspert: Nə üçün Starlink Azərbaycanda fəaliyyətə başlaya bilmir?

17-12-2024 15:40
Ekspert: Nə üçün Starlink Azərbaycanda fəaliyyətə başlaya bilmir?
"Qazaxıstan, Gürcüstan və Ukraynada Starlink artıq xeyli müddətdir ki, fəaliyyət göstərir. Qazaxıstanda hətta Starlink yüzlərlə ucqar məktəblərə də internet xidmətləri verir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, bir neçə gün öncə Starlink Ermənistanda fəaliyyətə başlamaq üçün tənzimləyici qurumlardan lisenziyalarını alıblar:
 
"Azərbaycanda isə vəziyyət fərqlidir. Starlink rəsmiləri bəlkə də Ukraynadan sonra ilk olaraq Azərbaycana gəlmişdilər. Onlar Bakıda Azercosmos-un rəhbəri ilə də görüşüblər.
 
Nazir Rəşad Nəbiyev ötən il İlon Maskla, bir neçə ay öncə isə daha bir Starlink
rəsmisi ilə görüşüb".
 
Osman Gündüz bildirib ki, 2022-ci ilin dekabr ayında "Starlink Azerbaijan" MMC qeydiyyata alınıb: 
 
"2023-cü ilin may ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə SpaceX arasında Starlink-in internet xidmətlərinin Azərbaycanda əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Amma buna baxmayaraq, Starlink-in fəaliyyətə başlaması gecikir.
 
Yəni görünən odur ki, RİNN, İKTA və Azərkosmos tərəfdən Starlink üçün hansısa texniki-texnoloji tələblərin olacağı ağlabatan deyil. Belə olan halda düşünmək olar ki, Starlink qanunvericilikdə nəzərdə tutulduğu qaydada DTX-dan hələlik icazə ala bilməyib.
 
Xatırladıram ki, mövcud qanunvericiliyə görə DTX, beynəlxalq rabitə xidmətlərinə lisenziya almazdan öncə operatorlardan təhlükəsizliklə bağlı öncədən müəyyən olunan tələblərin yerinə yetirilməsi ilə bağlı zəruri avadanlıqların quraşdırılmasını tələb edir. Məhz bundan sonra operatorlar bu icazəni təqdim etməklə lisenziya üçün müraciət edə bilirlər".
 
Ekspertin sözlərinə görə, Starlink bu tələbləri yerinə yetriə bilmədiyindən hələlik belə bir icazəni ala bilməyib:
 
"Maraqlıdır ki, bu gecikmə ilə bağlı Azercosmos-da heç bir açıqlama verməyib. Bəlkə də bizim bilmədiyimiz digər problemlər ola bilər. Medianın bu məsələni diqqətdə saxlaması və aidiyyatı qurumlardan sorğulaması faydalı olardı.
 
Yəni görünən odur ki, Azərbaycanda bu proses ləngiyir.
 
Düşünürəm ki, həm bir alternativ olaraq, həm də ucqar bölgələrdə yaşayan insanlar üçün, təhsil və mədəniyyət qurumları üçün Starlink ölkənin rəqəmsal inkişafına böyük töhfə verə bilər".
 
"Ümid edirik ki, bu gecikmə tezliklə aradan qaldırılacaq və Azərbaycan da peyk internetindən yararlanan ölkələr sırasında yer alacaq" - deyə sonda Osman Gündüz bildirib.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

05-06-2025

İlon Mask “Starlink”in Azərbaycanda fəaliyyətə başlamasını elan edib

29-03-2025

“Starlink” internet servisi bu tarixdən Azərbaycanda əlçatan olacaq

16-05-2022

Nazir Rəşad Nəbiyev “Starlink”in nümayəndəsi ilə görüşüb

21-08-2024

“Starlink” peyk xidmətlərinin Azərbaycanda nə vaxt aktivləşəcəyi məlum olub

18-05-2023

“Starlink"in Azərbaycan üçün öncədən sifariş qiyməti açıqlanıb

15-05-2023

Daha bir ölkə “Starlink” peyk rabitəsinə qoşulub

05-02-2026

“Starlink Azerbaijan”ın hesabatlılığı ilə bağlı müzakirə aparılıb

26-08-2025

İlon Mask Ukraynanı “Starlink” peykindən ayırmayacaq

10-03-2025

“SpaceX”ın prezidenti: “Starlink” internet xidməti Azərbaycanda korporativ sektorda və dənizdə dəstəklənəcək”

09-05-2023

Ermənistan 300-dən çox "Starlink" terminalı idxal edib

16-02-2026

“Starlink” Qətərdə istifadəyə verilib

08-07-2025

“SpaceX”in “Starlink”i 4 milyon müştəriyə çatdı

27-09-2024

“Starlink” internet şəbəkəsində nasazlıq yaranıb

15-09-2025

Starlink və Beeline Qazaxıstanda peyk mobil rabitə xidməti göstərəcək

07-11-2025

İlon Mask "Starlink Azerbaijan"ın rəhbərinə yeni vəzifə verib

27-03-2023

“Starlink” peyk rabitə sistemindəki nasazlığın səbəbi açıqlanıb

25-07-2025

“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb

29-03-2025

“SpaceX”in “Starlink” peyki səs sürətini 2 dəfə üstələyib

06-06-2023

İlon Mask Azərbaycanda şirkət yaradıb

30-12-2022

“SpaceX” “Starlink” internet peyklərinin 15-ci partiyasını orbitə buraxıb

11-05-2023

“Starlink”in CAR-ın bazarına girməməsinin səbəbi irqçilikdir

23-03-2025

"Starlink" 2026-cı ildən Qazaxıstanda fəaliyyətə başlayacaq

23-12-2025

“Starlink”də problem yaranıb

19-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə