Previous Next
Bağla
REKLAM YERİ

Ekspert: Ölkənin ən böyük bankı 5 saatdır problemini həll edə bilmir

27-01-2025 23:09
Ekspert: Ölkənin ən böyük bankı 5 saatdır problemini həll edə bilmir
"Şübhələnmək üçün əsaslar var ki, Birbanka girişin məhdudlaşması problemi məhz ötən ilin sonunda elan olunan rebrendinqlə bağlı olub".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, ötən ilin sonu Kapital Bank rəhbərliyi 2025-il, yanvarın 15-dən Kapital Bank brendinin Birbank brendinə keçəcəyini bildirmişdi:
 
"Bir neçə gün olardı ki bu, reallaşmışdı. Və birdən birə Birbank çökdü.
 
İndiyədək Birbank-ın, Kapital Bankın belə uzunmüddətli çöküşü olmayıb. Əlbəttə, rebrendinq təkcə ad dəyişikliyi deyil".
 
Osman Gündüz bildirib ki, rebrendinqdə Kapital Bank sistemlərinin Birbanka inteqrasiyasında, miqrasiya proseslərində məlumat bazalarında problemlər olub:
 
"Güman ki, aparılan zəruri olan update-yenilənmələrdən, tətbiq yenilənmələrindən sonra problemlər, məlumat bazalarında qüsurlar, texniki çatışmazlıqlar və s olub.
 
Aparılan testlər yetərli də olmayıb və bunları aşkar etmək mümkün olmayıb.
 
Beləliklə, ötən ilin sonu baş tutan rebrendinqlə bu günkü Birbank çöküşü arasında böyük ehtimalla bağlantı var".
 
Ekspert qeyd edib ki, ikinci ən böyük ehtimal odur ki, Kapital Bank sistemlərinə qarşı yönəlmiş DDoS hücumlar və ya digər kiber hücumlar olub:
 
"İstənilən halda, ötən ilin yekununda təxminən 200 milyon gəlir götürən, ölkənin ən böyük bankı statusu olan bir bankın 5 saat müddətində sistemini bərba edə bilməməsi çox düşündürücüdür.
 
Dəymiş ziyan güman ki yüz minlərlə ölçülə bilər. Belə bir hal heç bir standartlara sığmır.
 
Problemin həlli üzərində Kapital Bankın uzun müddət işləməsinə baxmayaraq bərpanın uzanması göstərir ki, problem çox ciddidir. Normal bir açıqlama olmadığı halda bu tip vəziyyət isə müştəri inamını sarsıda bilər. Belə uzunmüddətli dayanma banka etibarı sarsıda bilər, belə veziyyet bankın beynəlxalq nüfuzu, reputasiyası üçün ciddi risklər yaradır".
 
Qeyd edək ki, axşam saatlarında Birbank tətbiqində problem yaranıb.
 
İstifadəçilər kartlarını bu tətbiqdə silinmiş olaraq görürlər. Sanki heç bir kart tətbiqə əlavə edilməyib.
 
Bildirək ki, bununla bağlı Kapitaı Bank açıqlama da yayıb. 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Kapital Bank" "Birbank" brendinə transformasiya ediləcək

19-12-2024

Ekspert: Kapital Bank yaranmış problemlə bağlı üzrxahlıq edibmi?

30-01-2025

"BirBank" tətbiqində problem yaranıb

27-01-2025

"Birbank" mobil tətbiqində yaranan çətinlik aradan qaldırılıb

28-01-2025

“Kapital Bank” “Birbank” tətbiqi ilə bağlı açıqlama yayıb

27-01-2025

BirBank tətbiqini 300 000-dən artıq istifadəçi yükləyib

16-11-2018

“Kapital Bank” “Birbank”ın təhlükəsizliyi ilə bağlı yeniliklər edəcək

19-12-2024

Kapital Bank ötən il 7 mln. manatlıq fırıldaqçılığın qarşısını alıb

22-04-2026

Birdəfəlik müavinətlər üçün artıq banka yaxınlaşmağa ehtiyac yoxdur

09-12-2024

AMB Ani Ödənişlər Sisteminin əhatə dairəsini genişləndirir

03-09-2024

“Kapital Bank”: “Bakıkart” üzrə geri qaytarılan vəsait hesablardan çıxılacaq

08-01-2025

İctimai nəqliyyatda NFC ilə ödəniş edənlərin sayı açıqlanıb

22-04-2026

Bir çox aparıcı banklara fişinq hücumu olub

15-08-2019

Elektron arayışla Kapital Bank-a necə müraciət etmək olar?

09-02-2016

“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən"Birinci" tarifini təqdim edir

05-11-2024

ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!

09-07-2025

Kapital Bank bankomat şəbəkəsini genişləndirir

30-10-2015

“Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirildi

31-01-2024

“Kapital Bank” kibercinayətkarlıqla mübarizəni ikiqat gücləndirib

19-01-2025

Azercell-dən avtomatik balans artırılması imkanı

05-11-2021

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirib

20-09-2025

"Kapital Bank" kiberdələduzluqla bağlı açıqlama yayıb

18-01-2025

ABB səhmdarları 16 faizə yaxın dividend qazana bilərlər

16-10-2025

Banklara fişinq hücumu davam edir

17-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə