Previous Next
Bağla

Ekspert: "Türkiyə ilə ticarət əlaqələrini və inteqrasiyanı sürətləndirmək lazımdır"

03-11-2020 19:49
Ekspert: "Türkiyə ilə ticarət əlaqələrini və inteqrasiyanı sürətləndirmək lazımdır"
"Müharibədən sonrakı Azərbaycanda diqqət yetiriləcək məqamlardan ən vacibi Türkiyə ilə gömrük rüsumlarına yenidən baxılması ola bilər".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspertin sözlərinə görə, hazırda qəribə, anlaşılmaz bir vəziyyət var:
 
"Azərbaycanla Rusiya, ümumiyyətlə MDB arasında sərbəst ticarət anlaşmaları var. Gömrük rüsumları yoxdur. Amma Azərbaycanla Türkiyə arasında kifayət qədər sərt, 36%-dək gömrük rüsumları tətbiq olunur.
 
Düşünürəm ki, indiki zamanda Türkiyə ilə ticarət əlaqələrini, inteqrasiyanı sürətləndirmək lazımdır. Türkiyə Avropa Gömrük İttifaqına üzv olduğundan gömrük sadələşdirilməsində müəyyən çətinliklər qaçılmazdır.
 
Bununla belə, düşünürəm ki, indidən Azərbaycan-Türkiyə gömrük, ticarət məslələrinin sərbəstləşməsi istiqamətində addımlara başlamaq lazımdır. Bildiyim qədər artıq ötən il “DGK və Türkiyənin Ticarət Nazirliyi arasında 2019/2020-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər Planı”da imzalayıblar.
 
Həmçinin DGK tərəfindən Azərbaycan və Türkiyə arasında tranzit daşımalar haqqında ilkin elektron məlumat mübadiləsi sistemi yaradılıb. Yəni, artıq bu istiqamətdə bir xeyli addımlar atılıb.
 
Fikrimcə, ilkin olaraq, ən azı müəyyən seçim üzrə, bir neçə istiqamət üzrə, gömrük rüsumlarının kəskin aşağı salınması, bəzi sahələdrə ümumiyyətlə sıfırlanması, sərbəst ticarət anlaşmalarının hazırlanması faydalı olardı. Azərbaycan və Türkiyə arasında gömrük sistemlərinin inteqrasiyası, gömrük keçidlərin sadələşdirilməsi və sərbəst ticarət anlaşmaları hər iki ölkənin daha sıx yaxınlaşmasına, ticarət dövriyyəsinin və regional ticarət bazarının güclənməsinə kömək edə bilərdi. Yeri gəlmişkən, elə ölkələr var ki, məsələn Fransa və s., onlara qarşı gömrük rüsumlarını daha da artırmaq olardı".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

02-12-2022
Rusiya ilə Türkiyə sahibkarlar üçün online platforma yaradır

Rusiya ilə Türkiyə sahibkarlar üçün online platforma yaradır

26-07-2019
Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

Rəqəmsal transformasiya və e-ticarət forumu keçirilib

21-06-2023
Son 5 ildə elektron ticarətin dövriyyəsi 20 dəfə artıb

Son 5 ildə elektron ticarətin dövriyyəsi 20 dəfə artıb

01-03-2024
Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

26-02-2020
Azərbaycan və Türkiyə rəqəmsal ticarətdə digər ölkələrin bazarlarına daxil olmaq istəyir

Azərbaycan və Türkiyə rəqəmsal ticarətdə digər ölkələrin bazarlarına daxil olmaq istəyir

25-08-2021
Azərbaycanda e-ticarət sahəsində ciddi mütəxəssis çatışmazlığı var

Azərbaycanda e-ticarət sahəsində ciddi mütəxəssis çatışmazlığı var

16-12-2022
Ekspert: DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir

Ekspert: DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir

30-08-2019
Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

Nazir Rəşad Nəbiyev Misirin beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

25-02-2022
"Türkiyənin yerli elektromobil istehsalı Azərbaycan üçün də yeni imkanlar açacaq"

"Türkiyənin yerli elektromobil istehsalı Azərbaycan üçün də yeni imkanlar açacaq"

05-04-2023
Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

Türkiyə Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək istəyir

10-08-2019
KOBİA Avstraliyada çalışan Azərbaycan iş adamlarına dəstək olmağa hazırdır

KOBİA Avstraliyada çalışan Azərbaycan iş adamlarına dəstək olmağa hazırdır

23-09-2023
Qazaxıstan-Özbəkistan sərhədində elektron növbə sistemi tətbiq ediləcək

Qazaxıstan-Özbəkistan sərhədində elektron növbə sistemi tətbiq ediləcək

24-05-2025
Azərbaycanla Türkiyə arasında elektron imzaların tanınması üçün platforma işə salınacaq

Azərbaycanla Türkiyə arasında elektron imzaların tanınması üçün platforma işə salınacaq

29-01-2020
Dünya Ticarət Mərkəzləri Assosiasiyası və Azexport arasında memorandum imzalandı

Dünya Ticarət Mərkəzləri Assosiasiyası və Azexport arasında memorandum imzalandı

22-10-2018
Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

Nazir: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

14-01-2021
Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

Azərbaycanla Özbəkistan sənaye parkları sahəsində əməkdaşlıq edə bilər

22-08-2023
Azərbaycan Ticarət Forumunun elektron platforması fəaliyyət göstərəcək

Azərbaycan Ticarət Forumunun elektron platforması fəaliyyət göstərəcək

07-10-2024
İlk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək

İlk dəfə qeyri-rezidentlərə elektron imza veriləcək

19-09-2018
Azərbaycanın mobil rezidentliyinin əhatə dairəsi genişlənir

Azərbaycanın mobil rezidentliyinin əhatə dairəsi genişlənir

07-02-2020
Azərbaycan “Trendyol” vasitəsilə ən çox alış-veriş edən ölkə olub

Azərbaycan “Trendyol” vasitəsilə ən çox alış-veriş edən ölkə olub

16-03-2024
Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid ikinci beynəlxalq konfransı keçiriləcək

10-09-2018
Türkiyə elektron imzaların qarşılıqlı tanınması ilə bağlı ilkin müqavilə layihəsini təqdim edib

Türkiyə elektron imzaların qarşılıqlı tanınması ilə bağlı ilkin müqavilə layihəsini təqdim edib

15-12-2020
"E-ticarət Zirvə Toplantısı" keçiriləcək

"E-ticarət Zirvə Toplantısı" keçiriləcək

04-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə