Previous Next
Bağla

Ekspert: DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir

30-08-2019 16:44
Ekspert: DGK və DSX arasında olan münasibətlər tənzimlənməlidir

Xeberler.az bildirir ki, ötən gün Dövlət Gömrük Komitəsində ölkədə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sərhəddə ticarət indikatoru üzrə işçi qrupunun görüşü keçirilib. Görüşdə gömrük generalları, İqtisadiyyat, Vergilər, Ədliyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi və s. qurumların nümayəndələri iştirak edib. İştirakçılar arasında Dövlət Sərhəd Xidmətinin nümayəndələri olmayıb.

Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

"Müşahidələr göstərir ki. hazırda gömrük- sərhəd buraxılış məntəqələrində əsas problem DGK və DSX arasında olan münasibətlər və bu qurumların qanunvericiliyin icazə verdiyi səviyyədəki paralel yoxlamalarıdır. DGK və DSX generalları dəfələrlə görüşsələr də bu problem öz həllini tapmayıb.

Yəni, hazırda real durum belədir ki, sərhəddə iki pəncərə, DGK və DSX pəncərələri var bütün gömrük-sərhəd proseduraları paralel olaraq hər ikisində aparılır. 
Əlavə, lazımsız proseduralar mövcuddur. Bir neçə yerdə passport yoxlamaları var.
Nəticədə isə insanlar saatlarla gözləməli olurlar, lazımsız vaxt itkisi və uzun növbələr yaranır.

Qeyd etmək lazımdır ki, son zamanlar gömrük sistemində xeyli müsbət dəyişiklik baş verib. Sərhəd-buraxılış məntəqələrində keçid prosesinin sürətləndirilməsi, şəffaflığın təmin edilməsi üçün gömrük proseduralarının sadələşdirilməsi məqsədilə müəyyən addımlar atılıb. Amma müşahidələr göstərir ki, indiki məqamda daha ciddi uğurların əldə edilməsi üçün ilk növbədə iki əsas problem həllini tapmalıdır :

1. Sərhəd buraxılış məntəqəsində DGK və DSX arasındakı münasibətlər yenidən nəzərdən keçirilib, yenidən tənzimlənməlidir. Əgər biz istəyiriksə ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə daha yaxşı nəticələr əldə edək onda vacibdir ki, bu iki qurum arasında yoxlamalardakı paralelçilik aradan qaldırılsın. 

2. Gömrük Məcəlləsi yenidən işlənməlidir. Gömrük tariflərinə yenidən baxılmalıdır. DGK Gömürk Məcəlləsinin yenilənməsi ilə bağlı 2 il olar ki, işlər aparırdı, bir xeyli görüşlər keçirilib təkliflər hazırlanmışdı. Amma bu məsələ hələ də öz həllini tapmayıb. Qonşu ölkələrlə müqayisədə gömrük rüsumlarında , məsələn avtomobillərə qoyulan və heç bir izahı olmayan rüsumlara yenidən baxılmalıdır".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Buraxılış məntəqəsində, bir pəncərə deyil, iki pəncərə var

11-06-2019

DGK və DSX generallarının görüşü nəticə veribmi?

03-07-2019

Sərhəd-keçid məntəqələrində ciddi islahatlar olacaqmı ?

06-09-2019

Dövlər Sərhəd Xidmətinin saytı yaradıldı

13-04-2012

Onlayn növbə ilə sərhəddən keçmək mümkün olacaq

03-09-2019

Yaşıl Dəhliz buraxılış sistemi üçün təhlükə varmı ?

29-01-2019

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı baş tutacaq

09-09-2019

Qırmızı Körpü sərhəd-keçid məntəqəsində nə baş verib?

26-05-2017

Dövlət Sərhəd Xidmətinə aid markalar dövriyyəyə buraxılıb

22-08-2019

Dövlət Sərhəd Xidmətində elektron informasiya sistemi yaradılır

18-08-2015

Azərbaycanın sərhəd xəttində “Azərsky” peykindən istifadə ediləcək

13-03-2015

Dövlət Gömrük Komitəsi 3 yeni elektron xidmətin tətbiqinə başlayır

28-11-2019

Gömrük rüsumunun məbləği SMS-lə bildiriləcək

25-05-2018

“Smart Customs” yenidən fəaliyyətini bərpa edib

01-02-2021

Gömrükdə yenilik səviyyəsi yoxlanılır, amma köhnə metodlarla

12-02-2024

Ekspert: "Türkiyə ilə ticarət əlaqələrini və inteqrasiyanı sürətləndirmək lazımdır"

03-11-2020

DGK məmuru sənədləri necə saxtalaşdıra bilib?

30-08-2023

Yaşıl dəhliz-dən istifadə üçün 53 şirkət icazə alıb

29-01-2019

DGK ilə Gürcüstanın Maliyyə Nazirliyi Gəlirlər Xidməti arasında onlayn görüş olub.

11-12-2023

Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019

Onlayn növbə ilə sərhəddən daha sürətli keçmək mümkün olacaq

00-00-0000

Dronların müxtəlif məqsədlər üçün istifadəsi beynəlxalq normalara uyğun deyil

04-12-2024

Ekspert: DGK və Azərpoçt e-ticarət üçün normal bir sistem qura bilmir

22-05-2019

"DGK rəqəmsallaşma sahəsində səylərini daha da artırmalıdır"

15-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə