“Elektron Hökumət” bülleteni üzrə növbəti brifinq keçirilir

07-05-2015 / 11:59

"Elektron Hökumət" bülleteni üzrə növbəti brifinq keçirilir.

Xəbərlər-in məlumatına görə, brifinqdə jurnalistlərə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər , sahə üzrə yeniliklər baradə məlumatlar verilir.

Qeyd edək ki, hazırda brifinqdə Mədəniyyət və Turizm Nazirliyi,  Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin  fəaliyyətləri barədə iştirakçılara məlumat verilir.

Brifinqdə qeyd olunub ki, portalda MEDİA bölməsi fəaliyyət göstərir. Bu bölmədə ən son yeniliklərin press relizi və Elektron hökumət KİV-də adlı alt menyular  vətəndaşlar üçün  nəzərdə tutulub.  Elektron hökumətlə bağlı yazılan bütün xəbərlər, araşdırmalar, video-süjetlər burada yer alır.

O da qeyd edilib ki, ilin sonunda Elektron hökumətlə bağlı ən çox məqalə yazan və maarifləndirmə işləri aparan jurnalist müəyyənləşdiriləcək və mükafatlandırılacaq. Jurnalistlərdən xahiş olunub ki, e-hökumətlə bağlı materialların linkini [email protected] ünvanına göndərsinlər. İştirakçılara “Elektron hökumət” portalına daxil olmaq üçün kod\parol və elektron imza sertifikatları təqdim olunacaq.

Ayda bir dəfə  nəşr olunan bülletendə “Elektron hökumət” portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu və xarici ölkələrin “Elektron hökumət” və İKT sahəsindəki təcrübləri barədə xəbərlər öz əksini tapır. Bu yeniliklər barədə informasiyaların kütləviləşməsi, həmçinin görülən işlərin mətbuata birbaşa elan olunması məqsədilə hər ay “Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir. Brifinqlərdə media nümayəndələrinə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər, sahə üzrə yeniliklər barədə məlumat verilir, həmçinin ayrı-ayrı qurumların nümayəndələri elektron xidmətləri və yenilikləri ilə jurnalistlərin suallarını cavablandırır.

Mirvari Nəcəf

Ruhəngiz Muradova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə