Previous Next
Bağla

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017 10:27
Ən çox istifadə olunan e-xidmətlər

Bu ilin yanvar-sentyabr aylarında  “Elektron hökumət” portalındakı (www.e-gov.az) elektron xidmətlərə ümumilikdə 17 milyon 555 min 749 müraciət qeydə alınıb ki, həmin müraciətlərin 40 faizə yaxını əmək və sosial müdafiə sahəsi üzrə xidmətlərə yönəlib.

Hesabat dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi portalda elektron xidmətləri təqdim olunan qurumlar sırasında elektron  xidmətlərindən istifadə sayına görə birinciliyini qoruyub saxlayır.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, 2017-ci ilin 9 ayında da portalda e-xidmətlərinə ən çox müraciət edilən qurum 7 006 756 müraciət sayı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.

Hazırda “E-hökumət” vasitəsilə ümumilikdə 43 qurum tərəfindən 434 elektron xidmət əhalinin istifadəsindədir. Onlardan 6,5 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid e-xidmətlərdir.

Nazirliyin e-xidmətlərinin əksər hissəsi geniş istifadəçi kontingenti ilə seçilirlər. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” belə e-xidmətlərdəndir.

Həmçinin “Sığortaolunanlara məlumatların verilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması” və s. e-xidmətlərdən istifadə sayı daim artır.

Təkcə ötən ay nazirliyin e-xidmətlərinə keçən ilin sentyabr ayı ilə müqayisədə 20,7 faiz çox, yəni 520 205 müraciətin olunması da bunu təsdiq edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti fəaliyyət  sahələri üzrə avtomatlaşdırılmış sistemlərin və elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi işləri hazırda da davam etdirilir.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

10-10-2017
Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

05-07-2017
Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

26-01-2017
Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016
Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

02-06-2017
Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət  olub

Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət olub

07-08-2017
Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016
Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

15-07-2019
Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

03-05-2016
Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

09-02-2018
Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018
“Elektron hökumət” portalına daxil olan müraciətlərin sayı artıb

“Elektron hökumət” portalına daxil olan müraciətlərin sayı artıb

13-03-2020
Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016
Nazirliyin e-xidmətinə 3 milyondan çox müraciət olub

Nazirliyin e-xidmətinə 3 milyondan çox müraciət olub

04-05-2017
“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

10-09-2015
 Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017
Elektron xidmətlərindən ən çox istifadə olunan qurumun adı açıqlandı

Elektron xidmətlərindən ən çox istifadə olunan qurumun adı açıqlandı

18-06-2015
Nazirliyin  e-xidmətlərindən istifadə sayı artıb

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015
Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015
“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

05-08-2015
Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015
İş yeri üçün elektron arayış alanların sayı artıb

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016
Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

Nazirlik ən çox istifadə olunan e-xidmətləri açıqladı

14-04-2015
ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə