Previous Next
Bağla

Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət olub

07-08-2017 16:07
Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət  olub

Ötən ay “Elektron hökumət” portalına müraciətlərin 31,2  faizi və ya 780 152-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid olub.

Bu barədə Xeberler.az-a Nazirlikdən məlumat verilib.

Belə ki, cari ilin iyul ayında nazirliyin e-xidmətlərinə əvvəlki iyun ayı ilə müqayisədə 27,3 faiz çox, yəni  780 152 müraciət qeydə alınıb və bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin (2 501 008 müraciət) 31,2 faizini təşkil edib.

Əvvəlki aylarda olduğu kimi, iyul ayında da Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “İş yerinə dair arayış”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” və s. e-xidmətləri vətəndaşların portalda ən çox müraciət etdikləri e-xidmətlərdən olublar.

Bununla yanaşı, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidməti də yüksək istifadə göstəricisi (278 767 müraciət) ilə diqqəti cəlb edib ki, bu da həmin e-xidmətə böyük sosial tələbin olmasından, onun ictimai əhəmiyyətindən xəbər verir. Cari il aprelin 1-dən istifadəyə verilən bu e-xidmət sığortaedənlərlə işin müasir tələblərə uyğun və səmərəli təşkili işlərinin davamı olaraq, bu sahədə əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin xeyli sadələşdirilməsinə imkan verib. Nazirliyin “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Pensiya kalkulyatoru”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Pensiyaçıya məlumatların verilməsi” və s. e-xidmətləri də vətəndaşların maraq dairəsindədir.

Ümumilikdə hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın e-xidməti əhalinin istifadəsindədir və cari ilin yanvar-iyul aylarında həmin e-xidmətlərə 5 milyon 970 min 381 müraciət qeydə alınıb.

 Xeberler.az

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

10-10-2017

Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

05-07-2017

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016

Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

26-01-2017

Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

09-02-2018

Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

02-06-2017

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

15-07-2019

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

03-05-2016

Nazirliyin e-xidmətinə 3 milyondan çox müraciət olub

04-05-2017

“Elektron hökumət” portalına daxil olan müraciətlərin sayı artıb

13-03-2020

Elektron xidmətlərindən ən çox istifadə olunan qurumun adı açıqlandı

18-06-2015

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

10-09-2015

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

05-08-2015

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə