Previous Next
Bağla
REKLAM YERİ

Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

26-01-2017 13:05
Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

2016-cı ildə “Elektron hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində bu sahələr üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsinə verilib.

Bu barədə Xeberler.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Həmin e-xidmətlərdən istifadəyə maraq getdikcə artmaqda davam edir və ötən ilin dekabr ayında nazirliyin e-xidmətlərinə müraciətlərin sayı  əvvəlki noyabr ayı ilə müqayisədə 56,1 faiz çoxalaraq 889 326-ya çatıb. Ümumilikdə 2016-cı il ərzində əhali nazirliyin elektron xidmətlərindən 6 549 994 dəfə faydalanıb.

2016-cı il əzrində “Elektron hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Ötən il nazirliyin ən çox müraciət edilən e-xidməti “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti olub. Belə ki, qeyd edilən dövrdə bu e-xidmətə 1 milyon 971 min 872  dəfə müraciət qeydə alınıb. İkinci ən çox istifadə olunan elektron xidmət isə “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir.  2016-cı il fevral fevral ayının 22-də “Elektron hökumət” portalına inteqrasiya edilən həmin e-xidmətdən əhali cari ilin 01 yanvar tarixinədək 1 milyon 835 min 235 dəfə istifadə edib.

Nazirliyin “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”,  “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Sığortaolunanlara məlumatların verilməsi” və s. e-xidmətlərindən istifadə göstəricilərində də artım özünü göstərib. Eyni zamanda, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru” və digər e-xidmətlər də portalda geniş istifadə olunan e-xidmətlər sırasında olublar.

Xeberler.az

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

10-10-2017

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016

Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

05-07-2017

Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

03-05-2016

Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət olub

07-08-2017

Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

02-06-2017

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

10-09-2015

Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

09-02-2018

“Elektron hökumət” portalına daxil olan müraciətlərin sayı artıb

13-03-2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

15-07-2019

Nazirliyin e-xidmətinə 3 milyondan çox müraciət olub

04-05-2017

Elektron xidmətlərindən ən çox istifadə olunan qurumun adı açıqlandı

18-06-2015

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

05-08-2015

Nazirliyin e-xidmətlərindən 170 min istifadə qeydə alınıb

10-06-2015

İş yeri üçün elektron arayış alanların sayı artıb

10-10-2016

Nazirliyin e-xidmətindən istifadə edənlərin sayı artıb

12-10-2015

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

Əmək müqaviləsi bildirişini elektron alanların sayı açıqlandı

27-10-2017

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə