Previous Next
Bağla

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016 10:16
Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə “Elektron hökumət” portalı üzərindən təqdim olunan elektron xidmətlərdən istifadəyə ictimai maraq cari ilin noyabr ayında da artmaqda davam edib.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, əvvəlki  ayla  müqayisədə noyabr ayında nazirliyin e-xidmətlərinə müraciətlərin sayı 9,5 faiz (49 206 müraciət) artaraq 569 639-a çatıb.  

“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti “E-hökumət” portalında populyar olaraq qalır və ötən ay həmin e-xidmətə oktyabr ayına nisbətən 18,1 faiz çox, yəni 190 090 dəfə müraciət edilib.

Həmçinin oktyabr ayı ilə müqayisədə noyabr ayında “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 6 faiz çox olmaqla 13 538 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən 4,4 faiz çox olmaqla 22 610 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 3,3 faiz çox olmaqla 10 708 dəfə istifadə edilib. “Pensiya kalkulyatoru” da əhalinin maraq dairəsində olan e-xidmətlər sırasındadır. Həmin e-xidmətdən noyabr ayında 5 253 dəfə istifadə olunub ki, bu da oktyabr ayına nisbətən 5,9 faiz çoxdur.

Bununla yanaşı, vətəndaşlar “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” e-xidmətinə 21,6 faiz, “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” e-xidmətinə 16,5 faiz, “Pensiyaçıya məlumatların verilməsi” e-xidmətinə 13,4 faiz çox müraciət ediblər.

Ötən ay nazirliyin  “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu”, “Sığortaolunanın onlayn uçota alınması”, “Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu”, “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” və s. e-xidmətlərindən istifadədə də artım özünü göstərib.

Qeyd olunanlarla yanaşı, oktyabr ayında “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 24 159 dəfə, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 15 481 dəfə, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətindən 14 950 dəfə, “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətindən 11 394 dəfə, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”  e-xidmətindən 7 359 dəfə istifadə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər e-xidmətləri (“Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” və s.) də noyabr ayında əhalinin fəal şəkildə yararlandığı e-xidmətlər sırasında olub.

Ümumilikdə cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə  5 milyon 661 min dəfə müraciət edilib.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016
Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

09-02-2018
Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

Nazirliyə daxil olan e- müraciətlərin sayı açıqlanıb

10-10-2017
Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

Nazirliyin e-xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub

26-01-2017
Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016
Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

Nazirliyin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

03-05-2016
Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət  olub

Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət olub

07-08-2017
Ən çox istifadə olunan e-xidmətlər

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017
Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

Nazirliyin e-xidmətlərinə 5,2 milyona yaxın müraciət olub

05-07-2017
Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

Nazirliyin e- xidmətlərinə 4 milyondan çox müraciət olub

02-06-2017
Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə 5,4 milyon müraciət olub

15-07-2019
Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016
Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018
Nazirliyin e-xidmətinə 3 milyondan çox müraciət olub

Nazirliyin e-xidmətinə 3 milyondan çox müraciət olub

04-05-2017
“Elektron hökumət” portalına daxil olan müraciətlərin sayı artıb

“Elektron hökumət” portalına daxil olan müraciətlərin sayı artıb

13-03-2020
Portalın pensiya xidmətləri daha populyardır

Portalın pensiya xidmətləri daha populyardır

11-09-2015
Nazirliyin  e-xidmətlərindən istifadə sayı artıb

Nazirliyin e-xidmətlərindən istifadə sayı artıb

08-05-2015
Uçot sistemində 146 mindən çox yeni hesab açılıb

Uçot sistemində 146 mindən çox yeni hesab açılıb

15-09-2017
“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

“Elektron Hökumət” portalında ən çox hansı xidmətlərdən istifadə edilib?

10-09-2015
Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

08-09-2016
Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

Əmək müqaviləsi bildirişləri üzrə e-sistemdən istifadə sayı açıqlanıb

10-11-2015
Fərdi uçot sistemindən istifadə sayı açıqlandı

Fərdi uçot sistemindən istifadə sayı açıqlandı

08-11-2017
ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

ƏƏSMN-nin e-xidmətlərindən istifadə edənlərin sayı artıb

11-08-2015
Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

Əmək müqaviləsi bildirişləri üzrə elektron müraciətlərin sayı açıqlanıb

10-06-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə