“Elektron hökumət” üzrə ikigünlük kurs başa çatdı

18-03-2015 / 15:24

“Elektron hökumət” üzrə jurnalistlər və İKT ilə maraqlanan tələbələr üçün təşkil olunmuş kurslar yekunlaşdı

Məlumat Hesablama Mərkəzi tərəfindən jurnalistlər və İKT ilə maraqlanan tələbələr üçün təşkil olunmuş 2 günlük kurslar başa çatdı.

Martın 17-18-də keçirilən kursun ilk günü MHM-in direktoru Nail Mərdanov "Elektron hökumət" quruculuğu barədə ətraflı informasiya verdi. 

Kursun son günü Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək elektron hökumətin və elektronlaşma prosesinin inkişafında jurnalistlərin rolu barədə ətraflı məlumat verdi. O jurnalistləri Elektron hökumət quruculuğu üzrə araşdırmalar etməyə, təzad doğuran bəzi məsələləri işıqlandıraraq rəy bildirməyə səslədi.

Həmçinin, elektron hökumətin informasiya və şəbəkə təhlükəsizliyi, fərdi məlumatların mühafizəsi, kiber-cinayətkarlığa qarşı mübarizə, elektron imza və yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti, əhəmiyyəti və sair mövzular üzrə iştirakçılara geniş informasiya verildi. "Elektron hökumət" portalı və "E-imza" üzrə praktiki iş aparıldı.

Qeyd etmək istərdik ki, seminar müddətində iştirakçılar aktiv müzakirələrə qoşulur, onlar tərəfindən çox saylı suallar ünvanlanırdı.

Kurs yekunlaşdıqdan sonra iştirakçılara elektron-imza kartları və xüsusi  sertifikatlar təqdim edildi.

 

 

 

Sevinc Çəltikova

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə