Previous Next
Bağla

Televiziyada e-hökumətlə bağlı proqram başladı

04-11-2017 11:06
Televiziyada e-hökumətlə bağlı proqram başladı

İctimai Televiziya bu sahədə maarifləndirici verilişini hər həftənin bazar ertəsi tamaşaçılara təqdim edəcək. 

“Elektron hökumət”lə bağlı yeni televiziya proqramının yayımına başlanılıb. Oktyabrın 30-dan etibarən İctimai Televiziyada yayımlanan veriliş hər həftənin bazar ertəsi, saat 22:00-da efirdə olacaq.

Xeberler.az-ın məlumatına görə, proqramın məqsədi elektron hökumətin vətəndaşlar üçün yaratdığı üstünlüklər, elektron xidmətlər, onlardan istifadə qaydaları və s. barədə insanları maarifləndirməkdir.

Proqramın ilk buraxılışının qonağı Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev və millət vəkili Tahir Mirkişili olub.

E.Vəlizadə ölkəmizdə həyata keçirilən elektron hökumət quruculuğu barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan elektron hökumətin inkişaf etdiyi ölkələr sırasındadır. Ölkəmizdə tam şəkildə formalaşan elektron hökumətin infrastrukturu artan tələbatı ödəməyə imkan verir.

Son zamanlar elektron xidmətlərdən və elektron imzadan istifadə edənlərin sayı nəzərə çarpacaq dərəcədə artıb. Nazir müavini qeyd edib ki, dövlət qurumları elektron xidmətlər göstərməyə maraqlıdır və əhalinin daha çox zərurət duyduğu xidmətlər mütəmadi olaraq elektronlaşdırılır.

Proqramda iştirak edən digər qonaqlar da qeyd ediblər ki, elektron hökumət quruculuğu daha da inkişaf edərək vətəndaşların rifahının yüksəldilməsinə xidmət edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron hökumət quruculuğu prezidentin daim diqqətindədir”

19-12-2014

İcra hakimiyyəti orqanlarının “elektron hökumət” portalına qoşulmasına başlanılır

14-01-2015

Elektron hökumət üzrə iki günlük kurs başladı

17-03-2015

Data.gov.az-ın yeni versiyası təqdim edilib

21-11-2017

Rəqəmsal hökumət proqramının ikinci mərhələsi başa çatıb

22-07-2019

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015

Gənclərin Elektron Hökumət portalından istifadəsi mövzusunda təlim keçirilib

26-06-2015

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

Portalda elektron xidmətlərin sayı 433-ə çatdı

04-04-2017

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

Azərbaycanda elektron hökümətlə bağlı təlimlərə başlanılır

29-01-2015

Rəqəmsal Hökumət təşviqat proqramının üçüncü mərhələsi başa çatıb

30-09-2019

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

11-11-2016

Yeni şəxsiyyət vəsiqələri kibertəhlükəsizliyin səviyyəsini artıracaq

06-09-2018

“Elektron hökumət”lə bağlı rayonlarda təbliğat seminarları keçirilib

17-11-2015

Elektron hökumət üzrə təlimlər davam edir

18-07-2017

Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

19-03-2018

“Elektron-hökumət” quruculuğunda yeni layihələr həyata keçiriləcək

24-01-2015

Estoniyada “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçirilir

12-05-2015

Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

01-04-2017

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə