Previous Next
Bağla

Elektron Hökumət portalının operatoru tələbələrlə görüşdü

05-05-2015 19:32
Elektron Hökumət portalının operatoru tələbələrlə görüşdü

Bu gün "Elektron Hökumət" portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən növbəti seminar ADA Universitetinində təşkil olundu. Xəbərlər-in məlumatına görə, seminarda MHM-in əməkdaşları tərəfindən tələbələrə "Elektron Hökumət", E-hökumət portalı, "E-imza", "Dövlət Reyestrləri” barədə geniş məlumat verildi.

Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinin müdiri Arif Mayılov seminarı açıq elan etdi. O, XXI əsrdə rəqəmsallaşmanın, elektron xidmətlərin rolundan bəhs etdi.

Sonra MHM-in mütəxəssisi Günay Hüsenova ADA Universitetinin tələbələrinə Elektron Hökumətin infrastrukturu, e-xidmətlər,  e-arayışlar, prezentasiya üzrə geniş məlumat verdi.  "Elektron Hökumət"in yaradılmasını zəruri edən amillərdən, onun hüquqi əsasından bəhs edildi. "Elektron Hökumət" quruculuğunun ictimai mahiyyəti və üstünlüklərini açıqlandı. Bir çox e-xidmətlər əyani olaraq test edildi və tədbir iştirakçılarına izahlı məlumat verildi.

MHM-in Dövlət Reyestrləri şöbəsinin mütəxəssisi Qadir Seyidov portalın əsas komponetlərindən olan dövlət informasiya reyestrləri və fərdi məlumatların informasiya sistemlərindən danışaraq, bu prosesin əhəmiyyəti, informasiya reyestrləri və fərdi informasiya sistemlərinin elektronlaşmada indiki rolundan, həmçinin, gələcək perspektivlərindən bəhs etdi. "Elektron Hökumət" portalı üzərindən qurumlararası informasiya mübadiləsinin mühüm əhəmiyyətini vurğalayan məruzəçi bu sahədə əməkdaşlıqların davam etdirildiyini vurğuladı.

 
Daha sonra, A.Mayılov öz çıxışında e-imzanın mahiyyəti və əhəmiyyəti, e-imza sertifikatlarının e-sənəd mübadiləsində rolundan bəhs etdi. E-imzanın həm imza kimi, həm də "Elektron Hökumət" portalının autentifikasiya vasitələrindən biri kimi funksiyalarını diqqətə çatdırdı. Məruzəçi e-imza infrastrukturunun texniki tərəflərini izah etdi, mərkəz tərəfindən informasiya təhlükəsizliyi sahəsində görülən işlərdən danışdı. Eyni zamanda o, yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqindən sonra e-xidmətlərdən və e-imzadan istifadənin kütləviləşəcəyini xüsusilə vurğuladı.
Seminar iştirakçıların sualları ilə diskussiya şəklində davam etdi. Sonda aktiv üç iştirakçı xüsusi hədiyyələrlə mükafatlandırıldı. Seminarın bütün iştirakçılarına portala daxil olmaq üçün kod/parollar paylanıldı və e-imza sertifikatları hədiyyə edildi.
 
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron hökumət və gənclər” mövzusunda seminar keçirildi

07-04-2015

“Elektron hökumət və gənclər” seminarı keçirilib

29-09-2015

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

Elektron hökumət üzrə iki günlük kurs başladı

17-03-2015

Gənclərin Elektron Hökumət portalından istifadəsi mövzusunda təlim keçirilib

26-06-2015

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

01-04-2017

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015

Azərbaycanda informasiya sistemlərinin texniki tələblərə uyğunluğu yoxlanılır

21-02-2015

MHM monitorinqdən əvvəl sorğu aparır

11-06-2015

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017

Bankların elektron xidmətlərdən istifadəsi müzakirə olunub

29-04-2015

Azərbaycanda elektron hökümətlə bağlı təlimlərə başlanılır

29-01-2015

MHM dövlət reyestrləri ilə bağlı planlarını açıqlayıb

29-07-2015

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015

“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

10-04-2015

Tələbələrə “Elektron hökumət” portalı barədə məlumat verilib

09-04-2015

Elektron imza serfikatlarının sayı açıqlandı

08-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə